Həyatın dadını çıxardın!

0
3212
Həyatın dadını çıxardın!

İnsanların bəzisi xoşbəxtliyi şəxsi həyatında, bəzisi işində, bəzisi ailəsində, bəzisi dostlarında axtarır. Ancaq hər gün bizim bu xoşbəxtliyi əldə etmə şansımız olduğu halda biz bunu görmürük.

Məsələn, səhər yuxudan durub parıldayan günəşin olduğunu görmək və hiss etmək, buludların necə gözəl düzüldüyünü seyr etmək, təkcə bunlar belə xoşbəxt olmağa yetərlidir əslində...
 
Heç bir zaman  yalnız olduğunuzu dilə gətirməyin.Yalnız deyilsiniz, ailəniz var, ailəniz yoxsa dostlarınız var, dostlarınız yoxsa sevdiyiniz var, əgər o da yoxdursa Allah var! Allah heç vaxt bəndəsini tək qoymaz. 
 
Biri qəlbinizi qırdı deyə  küsdüz həyata, hər kəsə. Dəyməz... Sizi incidəni düşünməyə belə dəyməz. Birinə çox hirslənib onu heç vaxt bağışlamayacam deyib çox keçmədən bütün hirsini unutmaq-bax, bu nəyə desən deyər.
 
Bütün işləriniz pis getsədə, bu gün sizə uğur gətirməsə də, sevdiyiniz bir musiqini eşidib rahatlanın, gülümsəyə və xoş əhval ruhiyyənizi geri qaytarmağa çalışın.
 
Yaşadığınız üçün sevinin. Xoşbəxtlikdən gülümsəyin. Təbəssümünüzü gizlətməyin. Bütün bədbəxtliklərə inad... Yaşayın, dəlicəsinə sevin. Üzülməyə tələsməyin. 
 
Siz gülümsəməyi bacardıqca həyat da sizin üzünüzə güləcək! Yanınızda olmasada bəzən yaşadığınız gözəl bir anı xatırlayıb səbəbsiz yuxudan gülümsəyə bilmək-bu ən böyük xoşbəxtlikdir.
 
Ətrafınızdakı gözəllikləri görə biləcək bir ruh daşıyırsınızsa tək başına olsanızda,yüz yaşında olsanızda unutmayın ki, həyat gözəldir!
 
Gördüyümüz hər varlıq, hər canlı gözəldir... Çünki, yaşamaq gözəllikdir! Bütün bunları görməyə çalışın.Həyatın dadını çıxardın!
 

ŞƏRH YAZIN