Dəniz Ulduzunun Maraqlı Hekayəsi

0
3833
Dəniz Ulduzunun Maraqlı Hekayəsi

Bir adam okean sahilində gəzərkən, dənizə sürətlə bir şeylər atan birinə rast gəlir. Biraz da yaxınlaşanda bu adamın sahilə vurmuş dəniz ulduzlarını dənizə atdığını dərk edir və "Nə üçün bu dəniz ulduzlarını dənizə atırsan?" - deyə soruşur. Topladıqlarını sürətlə dənizə atmağa davam edən adam - "Həyatları üçün" cavabını verir. Adam təəccüblənir. "Yaxşı, amma burada minlərlə dəniz ulduzu var. Hamısını atmağınıza imkan yoxdur. Sizin bunları dənizə atmağınız nəyi dəyişdirəcək ki?" - deyir. Yerdən bir dəniz ulduzu daha götürüb dənizə atan adam, "Bax onun üçün çox şey dəyişdi" - cavabını verir.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN