Möcüzəvi Dəyişim Əfsanəsi

0
3126
Möcüzəvi Dəyişim Əfsanəsi

Çarlz Eduard Hol Radio Şəhər Milad Tamaşasında Skruc rolunu canlandırdı və bu obraz həyatının parçasına çevrildi.  Sonra həyat ona elə bir sürpriz hazırladı ki, nəinki insanları, özünü belə təəccübləndirdi...

İyirmi səkkiz il əvvəl Nyu-York şəhərində cavan olduğum zamanlar məndə Milad bayramı əhval-ruhiyyəsi yox idi. Mən riyakar və ya pis insan deyildim, heç Milad bayramına da nifrət etmirdim. Amma bir çox insanlar kimi bu bayramı həqiqi şəkildə qeyd etməməyimin səbəbi çox məşğul, eləcə də əzmkar olmağım idi. Mən böyük bir istəklə Brodvey (ABŞ professional teatrının ümumi adı) aktyoru olmaq istəyirdim və mənim başqa heç nəyə sərf edəcəyim vaxtım yox idi. Hər gün səhər saat 5-də yuxudan durur, Pen stansiyasında bir günlük boyat çörəyimi alırdım. Tayms meydanı yaxınlığında yerləşən “Aktyorlar birliyi”ndə 3 və ya 4 rol üçün aktyor seçimlərinə sınaq roluna çəkilmək ümidilə gələn minlərlə insanla birlikdə sıraya düzülürdüm. Artıq bu mənim işim halına gəlmişdi və üç il idi ki, hər gün, hətta Milad Bayramında belə öz işimlə məşğul idim.
 
Mən 3 ildən sonra nəhayət seçildim. Böyük bir obraz…Milad tarixinin ən möhtəşəm rollarından biri - Ebenezer Skruc (Çarlz Dikensin “Bir Milad nəğməsi” əsərində Milad bayramını sevməyən, onu ələ salan obraz) üçün uyğun görüldüm və bu böyük, möhtəşəm şou Radio Şəhər Milad Tamaşasında nümayiş etdirilirdi.
 
Qeyd edim ki, Skrucdan əlavə Santa Klaus olaraq bir səhnədə də oynamışdım – düşünürdüm ki, canlandırdığım ən pis obraz ola bilərdi, çünki Santa Klaus çox yaxşı və çox sıxıcı idi. Lakin bu rolum da sevilmişdi. Mən o qədər xoşbəxt idim ki, yaşadığım binaya tərəf qaçır, lakin xüsusilə heç kəsə sevincimi hayqıra bilmirdim, çünki mən kiçik bir otaqda yaşayır və tək yataq üzərində süd yeşiyindəki əşyalarımla yatırdım: “Mən bunu bacardım! Mən də artıq birisiyəm! Mən Ebenezer Skrucam!
 
Mən Skruc üzərində çox çalışdım. Yeri gəldi məsxərəyə saldım, yeri gəldi əsəbiləşdim, ruhlar gələndə isə qəzəb, sakitlik, kədər və peşmanlıq hisslərinin yaratdığı qorxunu hiss etdim . Tamaşanın sonunda Skruc Milad Ruhuna gələcək üçün yalvaranda diz çöküb həqiqi göz yaşı tökdüm.  Mən böyüməyə başladığımda atam alkaqolik idi, anam isə hər gecə ağlayaraq yuxuya gedirdi. O zamana qədər özümə bunun məni necə incitdiyini, yaraladığını, gücsüz hiss etməmə səbəb olduğunu etiraf etməmişdim. Əslində  mən də Skruc kimi ikinci bir şans istədiyimi anladım. 
 
Lakin bu rolum heç kimin maraq dairəsində olmadı. Əslində tənqidçilər tamaşanı bəyəndilər və tamaşaçılar öz alqışlarını əksik etmədilər, amma heç bir izləyici Ebenezer Skruc ilə görüşmək üçün səhnə arxasına gəlmək istəmədi. Onlar Santa Klaus ilə söhbət etmək istəyirdilər.
 
Ebenezer Skruc sadəcə xarakterik bir obraz idi. Artıq anlamışdım ki, səhnəni tərk edən zaman Skruc da tamamilə yoxa çıxırdı. Lakin Santa Klaus isə həqiqətin özü idi. Növbəti illərdə də təkrarlandığı kimi sadəcə bir neçə dəqiqə və ya bir neçə epizodda oynamış olmasının əhəmiyyəti yox idi. İnsanlar Santa Klausu yaxşı tanıyırdı, çünki o həyatlarının bir hissəsinə aid idi və  nəticədə Santa Klausu daha çox sevdilər
 
Mən hələ uşaqların sevgisini demirəm. Bilirdim ki, valideynlər məni bu libasımda gördüyü zaman nəfəsləri kəsiləcəkdi, xaricilərin üzündə təbəssüm yaranacaqdı. Hətta bir dəfə jurnalist-müxbir studioya daxil olduğumda göz yaşlarına boğuldu. O dedi ki, “Mən inana bilmirəm ki, Santa Klaus ilə danışıram”.
 
Başqa bir xatirəmdə isə dostum kürəkəni ilə görüşməyimi xahiş etdi. O, İraqda yaralanmışdı və Bu hadisə mən 20 il Santa Klaus rolunu oynadıqdan sonra baş vermişdi. Gənc adam içəri daxil olduğunda başının kənarında böyük yara izi var idi. Həyat yoldaşı qapıdan keçəndə onu sabit tutmaq məcburiyyətində qaldı. Ancaq məni görəndə əsgər 3 iri addım atdı və bir söz demədən məni bərk qucaqladı, həmin an tamamilə nəfəs ala bilmədim. Bu zaman isə  ağlayan mən idim.
Düşündüm ki, əsl Santa Klaus olmadığımı bilir, elə deyilmi? Anladım ki, sadəcə bu andan sonra, bəlkə də elə bu anlarda əsl Santa Klaus elə mən idim.
 
Bilirəm, bilirəm ki, dəlicəsinə səslənir, elə deyilmi? Amma həqiqət budur. Skruc Milad Tamaşasından elə 4 il sonra çıxarıldı, lakin mən təqribən 30 ildir ki, Santa Klausam və 4000-dən çox tamaşada oynamışam. Kimsə səni dəyişdirmək istəsə buna çox vaxt sərf etməlidir. Birini sevdiyinizdə isə siz artıq o insan olursunuz və dünyanı onun gözündən görürsünüz. Bu dediyim hadisə səhnə pərdəsinin sıradan çıxdığı tamaşa zamanı başıma gəldi və mən 6000 insanın qarşısında vəziyyətdən öz aktyorluq bacarığımla çıxmalı idim. Anidən diqqət yetirdim ki, kiçik bir qızla oturub onun həyatı ilə bağlı söhbətləşirik və onun sadəcə Milad siyahısındakı istəklərini deyil, Yeni il üçün əsl arzularını soruşuram.
 
Belə bir hadisə normal gündəlik geyimimdə, soyuq  bir qış günü küçədə olduğum zaman da baş verib. Mən, yaşlı bir qadının buzun üstündə sürüşüb yıxıldığını gördüm və nə olduğunun fərqinə varmadan onun qalxmasına kömək edib getmək istədiyi yerə ötürməyi təklif etdim. Sadəcə sonradan evsiz olduğunu zənn etdiyimdən daha çox köməyimə ehtiyacı olduğunu anladım. O məni bir kilsəyə götürdü…
 
Bir gecə saqqalımı çıxaranda səhnə rəhbərimə dedim ki, “Bu Santa Klaus libasını həmişə geyinməyi arzu edərdim. Bunu etsəydim heç vaxt əsəbi olmazdım və əminəm ki, hər gün daha yaxşı insan olardım”
 
Bu sadəcə ağlımdan keçən bir düşüncəydi, lakin o zamandan bəri fikrimdən çıxmadı. Santa Klaus sadəcə oynadığım rol deyildi, o mənim “rol modelim” idi. Düzdür, Skruc uşaqlığımın acılarını aradan götürmüşdü, lakin Santa Klaus qəlbimi daha yaxşı bir şeyə: uşaq möcüzəsinə açmışdı. O mənə yaxşılığı və əyləncəni göstərdi. Dedi ki, “Dünyaya bax, Çarli. Həqiqətən ona bax və gülümsə. Çünki ətrafında sehir var. Tək etməli olduğun şey isə inanmaqdır”
 
İyirmi səkkiz il öncə çox uğurlu olmaq, “Tony” mükafatını qazanmaq, önəmli rollarda oynamaq istəyirdim. Əlbəttə, məşhur və varlı olmaq xəyallarım idi, ama bundan daha çox işimə heyran olmağı arzu edirdim. Yaxşı olmaq – amma mənəvi baxımdan deyil, işimdə yaxşı olmaq istəyirdim.
 
Bunun əvəzində Santa Klaus məni daha yaxşı bir insan etdi.
Çarlz Eduard Hol 1987-ci ildən bəri Radio Şəhər Milad Tamaşasında Santa Klausdur. Onun ilk kitabı-Santa Klaus gerçəkdir:İnanma sehri haqqında gerçək bir Milad hekayəsi, ailəvi izləyici kütləsinə sahib olan hekayənin səhnə versiyası ilin sonu tamaşadadır (Əsl Santa Klaus ilə birlikdə!), indi satışdadır. 
 
 
Tərcümə etdi : Xədicə Mehdizadə

ŞƏRH YAZIN