Bəziləri yanlız qalmağı sevər...

0
3843
Bəziləri yanlız qalmağı sevər...

Araşdırmalar göstərir ki, sosiallaşma ilə xoşbəxtlik arasında müəyyən əlaqə vardır. Ancaq, bu müsbət əlaqə üstün zəkalı insanlarda tam tərsinə olur. Onlar dostları ilə daha çox vaxt keçirdikdə, özlərini daha az xoşbəxt hiss edirlər. 

Zəkalı insanlar niyə yalnız qalarkən daha xoşbəxtdirlər?
 
Bunu British Journal of Psychology’də fevral ayında aparılan bir araşdırma iddia edir. Təkamül psixologiyası üzərində araşdırmalar aparan psixoloqlar Satoshi Kanazava və Norman Li, bir həyatı xoşbəxt edən şeyin nə olduğunu, zəka və dostluqların xoşbəxtliyə necə təsir etdiyi ilə bağlı suallara cavablar axtarırdılar. Psixoloqlar, ata – babalarımızın həyat tərzi nöqteyi – nəzərindən belə bir fikrə gəliblər ki, o vaxtlar insanların həyatdan aldığı məmnunluğu artıran hallar, bu gün bizlərin də məmnunluğunu artıra bilir. 
 
Psixoloqlar, yaşları 18 – 28 arası dəyişən 15min insanın qatıldığı bir araşdırma apardılar. Ilkin nəticələrə görə, əhalinin sıx olduğu yerlərdə yaşayan insanların, ümumiyyətlə həyatdan daha az zövq aldıqları, digər məlumat isə dostları ilə çox zaman keçirən, sosiallaşan insanların daha xoşbəxt olduğunu bildirir. 
 
Bəs görəsən niyə üstün zəkalı insanlar yaxınları ilə zaman keçirməkdən bir o qədər zövq almırlar? Bu suala çoxlu cavablar verilmişdir. Onlardan biri də, xoşbəxtlik ekonomiyası üzərində araşdırmalar edən (Carol Graham) Karol Qrahamın açıqlamasıdır:
Üstün zəkalı insanlar və bu zəkasından faydalanma gücündə olanlar sosialaşmaq üçün daha az vaxt keçirməyə meyillidirlər, çünki, belələri uzun müddətli məqsədlərə diqqətlərini verməyi üstün tuturlar. Onlar ümumiyyətlə hədəflərini reallaşdırmağa çalışırlar və bu hədəflərdən uzaqlaşdıran şeylər onları narahat edir. Çünki, bütün  fikirləri yalnız öz işlərindədir və sosiallaşmaq, yaxud yaxınlarla vaxt keçirmək onlar üçün zaman itkisindən başqa bir şey deyildir. 
 
Müasir dövrümüzdə həyat, ata – babalarımızın yaşamından çox fərqli şəkildə və texnoloji yüksəlişlərlə davam edir. Kanazava və Li, beyinlərimizlə hadisələri idarə etmək üçün bədənlərimizin formalaşmış şəkli arasında müəyyən uyğunsuzluğun ola biləcəyini göz önünə gətirib. Məhz bu səbəblə, deyə bilərik ki, insanlar arasındakı münasibət bəzilərini xoşbəxt edərkən, zəkalı insanları hüzursuz edə bilir. 
 

ŞƏRH YAZIN