Zamanı İdarə Edə Bilmək

0
2694
Zamanı İdarə Edə Bilmək

Daha uzun vaxtlar sərf edərək daha az şey edərik. Nizamsızlıq və stress əslində bir-birini qızışdıran faktorlardır.Zamanı idarə etməklə stressi azaltmaq mümkündür!

Nizamlılıq işə yarayar
Çalışdığınız mühit, hara olursa olsun axtardıqlarınızı asan tapmanız zamanı yaxşı istifadə etməyinizə kömək olar. Bu da lazımsız stress yaşamanızın qarşısını alar.
 
Planlaşdırma inam yaradar
İş planı çıxarmaq yol xəritəsi kimidir. Çatacağınız yerə özünüzdən əmin, asan və daha az stress yaşayaraq çatmanızı təmin edər. Yoxsa hədəfə gedərkən itə bilərsiz.
 
Məsuliyyətləri paylaşdıra biləcəyinizi unutmayın
Başqalarına da iş paylaşdırmaq yükünüzü yüngülləşdirəcək. Beləcə həm zamandan qazanacaqsınız həm də lazımsız iş yükündən azad olacaqsız.
 
Zaman cədvəlləri səmərəlidir
Edəcəyiniz işi müəyyən zamanlara bölsəniz həm iş izləmək asanlaşar həm də etdiyiniz işin təqib edilməsi. Ancaq unudulmamalıdır ki zaman cədvəllərinə laqeyd qalmaq da stress yaradar. O səbəblə zaman cədvəli hazırlayarkən mümkün qədər yüngül və sizin çıxışınıza görə nizamlanmalıdır.
 
Fəaliyyət və məqsədlərinizi əlaqələndirin
Məqsədi olmayan iş və fəaliyyət motivasiyası işin sürdürülməyinə gətirib cıxara bilər. Bu iş edilməsi lazım olan bir işdir əgər edilməzsə, müəyyən bir zaman sonra stress yaratmağa başlayır.
 

ŞƏRH YAZIN