Uğurlu Şagird Olmaq Üçün...

0
1665
Uğurlu Şagird Olmaq Üçün...

Tapşırıq yazmaq çox vaxt şagirdlərə çox maraqsız və darıxdırıcı gəlir. Tapşırığı daha asan və məhsuldar  şəkildə etməyin, həmçinin motivasiyalı olmağın yollarını gəlin birlikdə öyrənək:

MƏKTƏBDƏN SONRA BOŞ VAXTINI ÖNCƏDƏN PLANLA
 
Gün rejiminin olması sənin işinə yarayacaqdır. Hazırladığın proqramda siyahının başına ən çətin olan vəzifələri qoy. Nə üçün?  Ən çətini ilə işə başlamaq sizin çalışmaq səviyyənizin sərhəddini ən üst səviyyəyə qaldırar.  Bunun sayəsində sonradan görəcəyiniz daha asan işləri çox rahat bir şəkildə həll edə bilərsiniz. Lakin siz ən asanı ilə başlayıb sonra çətin olanlara keçsəniz beyniniz asan olana alışdığı üçün çətin olanı etmək istəməyəcəkdir.
 
NOT HAZIRLAYIN
 
Sürətli bir şəkildə mövzulara göz gəzdirə biləcəyiniz iş vərəqləri hazırlayın.
Böyük başlıqlar, mündəricat, xəritələr, kartlar, şəkillər, qalın, əyri və ya rəngli yazılar, kiçik notlar kimi gözə gözəl görünəcək, diqqət çəkəcək kiçik yazıları notlarınıza əlavə edin.  Yazdığınız nümunə suallarının cavablarını ardıcıl şəkildə və açıqlayaraq yazın. Beləlikləç suala təkrarən baxdığınızda cavabı başa düşməyiniz daha rahat olacaqdır.
Bir düşüncəni təsdiqləyən başqa düsüncələr yəni bir-biri ilə bağlı olan açıqlayıcı cümlələrdən istifadə edin. Bu o mövzunu əzbərlətməyəcək, lakin mövzu haqqında şərh verməyinizi təmin edəcəkdir.
 
MƏQSƏDLƏR VƏ MÜKAFATLAR QOYUN
 
Bir işə başlamadan əvvəl o işlə əlaqədar çatılması mümkün olan bir məqsəd müəyyən edin. Və o məqsədə çatmağa çalışın. Bu sizin işi-dərsi daha diqqətli və önəmsəyərək yerinə yetirməyinizə yardımçı olar. Məqsədə çatdığınızda özünüzü mükafatlandırın. Mükafat kiçik, lakin sizi xoşbəxt edəcək, mənəvi cəhətdən dəyərli bir şey ola bilər və yaxud böyük, çox istədiyiniz bir şey də ola bilər. Mükafatın nə olacağı sizlikdir.
 
TƏXİRƏ SALMAQDAN QAÇIN
 
Təxirə salmaq düşüncəsindən qurtulmağın ən gözəl yolu onunla bağlı fikirlərinizi beyninizdən silməkdir.  Bu səbəblə heç vaxt özünüzə “ Nəysə sonra edərəm” kimi sözlər söyləməyin  və heç vaxt bir işdə gecikməyin.
Təxirə salmağın vaxt çox ən əsas səbəbi o işi edə bilməmə qorxusu, stressidir. Bu stressi məğlub etmək üçün təxirə salmaq fikri ağlınıza gəldiyi zamanlarda uzanın və ağlınızdan çıxana qədər sizə rahatladacaq işlər görün.
 
ÇOX YOX SƏMƏRƏLİ ÇALIŞIN.
 
Uzun müddət dayanmadan çalışmağın heç bir faydası yoxdur. Beyniniz bir müddət sonra işləməyi standart qəbul edər və çalışdığınız mövzulardan heç bir şey öyrənməzsiniz. Çalışma saatlarınızı parçalara bölmək  və bu aralıqlara sizi rahatladacaq, amma çalışma konsantrasiyanızı pozmayacaq işlər qoymaq sizin çalışma keyfiyyətinizi artıracaq.      
 
PİS NƏTİCƏLƏRİ DÜŞÜNÜN
 
Əgər tapşırığınızı yazmasanız və ya hazırlamasanız nələr olar? Pis qiymət alarsınız? Müəlliminizin xəyalları puç olarmı? Əgər bunlar sizə mümkün kimi görünmürsə, əziyyətinizin sizə nələri qazandırdığına diqqət yetirin.
 
FAYDALARINI DÜŞÜNÜN
 
Tapşırığını həll edərsən və yaxud hazırlayarsan nələr olar? Çox gümanki yaxşı qiymət alarsan, müəllimin sənin çalışqanlığına heyran qalar. Yeni məlumatlar öyrənərsən və bunları həyatına tətbiq edərsən.
 
SƏNİ MƏŞĞUL ETMƏYƏCƏK YERLƏR TAP
 
Özünə aid iş mühiti qur. Dostun, televizorun ve telefonun olmadığı bir mühit. Dərs hazırladığın yer sərt səthli olmalıdır. Yazı yazmaq yorğan-döşək yerinə masada olsa, daha rahat olmazmı?! Əgər tapşırığın üçün kompyuterə ehtiyacın olarsa, söhbət saytlarının və sosial medianın bağlı olduğundan əmin olun. Adaptasiya olmaqda və ya oyaq qalmaqda çətinlik çəkərsənsə, kitabxanada işləməyi sınaqdan keçirə bilərsən. Ətrafdakı insanların çoxluğu sənin yatmaq arzuna mane olacaq, səssiz mühit adaptasiya olmağını təmin edəcək.
 
OTAĞINI VƏ YAZI MASANI SƏLİQƏLİ SAXLA
 
İşlədiyin yerin səliqəli olması adaptasiya olmağınızı asanlaşdıracaq. Əgər ətrafın səliqəsizdirsə, 5 dəqiqəyə iş stolunu, otağını səliqəyə sal və ardınca dərsinə başla. Yığışdırmaq işini çox şişirtmə ki, vaxt aparmasın. Sadəcə dərsinə diqqət yetir.
 
ÖZÜNƏ BİR YERDƏ HAZIRLAŞA BILƏCƏYİN DOST TAP
 
Bu şəxs diqqətini dağıdacaq çılğın biri olmasın. Səninlə bərabər oturub səssizcə dərs hazırlayacaq biri olsun. Bu səni işləyərkən daha rahat hiss etdirəcək. Sadəcə işləyərkən söhbəti uzatmamağa diqqət et.
 
ÖZÜN ÜÇÜN RAHAT ÖYRƏNMƏ METODU TAP
 
Hər kəsin öyrənmə tərzi fərqlidir, hər kəs əsas hissələri beyinlərində saxlamaq üçün fərqli yollar sınayırlar. Sənə ən uyğun olan yolu tapana qədər müxtəlif işləmə texnikalarını sına.
 
RAHAT HİSS ETDİRƏCƏK MUSİQİ DİNLƏ
 
Dərs hazırlayarkən musiqi dinləmək hər kəs üçün yaxşı nəticə verməyə bilər. Əgər dinləmək istəyirsənsə ya klassik, ya da instrumental musiqi dinlə. Bu tip musiqiləri sevmirsənsə bilmədiyin, lakin sənə sakitlik gətirən musiqilər dinlə. Bu sayədə dərslərinlə məşğul olarkən musiqinin sözlərini izləməyə vaxtın getməyəcək.
 
HƏR DƏRS ARASI SADƏ İDMAN HƏRƏKƏTLƏRİ YERİNƏ YETİR
 
Bu sənin gərginliyini azaldar, beynini təmizləyər, diqqətini toplamaqda sənə yardımçı olar və səni oyaq saxlayar. Məsələn: otağında hərəkət et, hoppan, dartınma hərəkətləri et və yaxud qaçışla məşğul ol.
 
TƏKRARLANAN OLMASI
 
Təkrarlanan olmağa gətirmək  dərs etməyi sənin vərdişinə çevriməyə kömək edər. Plan qurmaq və ona uyğun çalısmaq səni daha az yorar və sənə daha çox uğur gətirər.
 
ƏLAQƏNİ KƏS
 
Dərs çalışmağa başlamadan öncə telefonu, televizoru, kompyuteri və.s vasitələri söndür. Dərsə ara verdiyin zaman qısa müddətliyə yandıra bilərsən, lakin tez söndürmək şərti ilə. Çünki öyrəndiyin dərsi unuda bilərsən və dərs hazırlama müddətini uzada bilərsən. Dərsin bitənə qədər hər birindən uzaq dur.
 
VACİBLƏR SİYAHIDA İLK OLSUN
 
Hazırlamağın lazım olan dərsləri vacib olanlar sırasına görə düz. Vaxtın az qalıbsa əvvəlcə əsas tapşırıqlarını yazarsan, əlavə vaxtın qalsa digərlərini də hazırlayarsan. Beləliklə, vaxtından daha məhsuldar istifadə etmiş olarsan.
 
UĞUR ƏLDƏ ET
 
Dərslərini bu sistemlə etsən hamısını rahatlıqla tamamlayarsan və bu müddət ərzində çoxlu məlumat əldə etmiş olarsan. Bunun nəticəsində gələcəkdə çox uğurlu şagirdə çevrilərsən.
 

ŞƏRH YAZIN