Təhsildə motivasiyanın vacibliyi...

0
5146
Təhsildə  motivasiyanın vacibliyi...

Motivasiya məktəbdəki şagirdlərin davranışını, qərarlılığını, fəaliyyətini müəyyənləşdirən ən önəmli güc mənbələrindən biridir. Öyrənmək üçün hər şagird öyrənmə - öyrətmə prosesinə könüllü qatılmaq, öyrənmənin tələb etdiyi qaydalara tabe olmağa məcburdur. Motivasiyanı  müəyyən məqsədlərə çatmaq üçün güc qazanma halı olaraq görərkən, sinifdə kifayət qədər motivə edilməmiş şagirdin bu davranışları nümayiş etdirməsi normaldır: Şagird dərsə davamlı şəkildə gəlməz, diqqətli dinləməz, marağı dostlarına və ya digər insanlara yönəlmişdir, tapşırıqlarının həllində çətinlik çəkərkən həll yolunu tapmağa cəhd etməz, dərsə, mövzuya qarşı maraqsız görünərlər. Bundan fərqli olaraq, motivasiyası yüksək olan şagird dərslərə hazır gəlir, suallar verir, maraqlanır, diskussiyalarda iştirak edir və enerjisi yüksəkdir. 

Əgər şagird öyrənə bilmirsə bunun əsas səbəblərindən biri dərsə, mövzuya maraq göstərməməsidir. Müəllimin edəcəyi ilk şey həmin marağı təmin etməkdir. Bunun üçün nə lazımdır? 
 
Maraq göstərmə və diqqət yetirmə:
 
1. Cəhd etməyə və lazımi zaman xərcləməyə istəkli olmaq
2. Mövzuya fikrini yönəltmə və çətinliklərlə qarşılaşdığında problemin üstünə getmədə qərarlı və inadkar olmaq. 
 
Məktəbdə öyrənmə - öyrətmə prosesində yuxarıdakı göstərilənləri edə bilən şagirdin motivasiyasının qaydasında olduğunu göstərir. Öyrənilən materialların vacibliyini ifadə etmək, təhsil zamanı əldə olunacaq bilik və bacarıqların həyatda onun nə işinə yarayacağını, hansı problemlərin həllində istifadə edəcəyini bildirmək  onları öyrənməyə təhrik edən amillərdir. Bu amillər həm daxili həm də xarici faktorların təsiri ilə ola bilir. Nəticə olaraq, hər ikisi orqanizmin bir davranışı reallaşdırmasında qərarlılığını hədəf alır. Ancaq orqanizmi hərəkətə keçirən güc mənbəyi zamanla dəyişilir. Daxili fator amilində orqanizmi hərəkətə keçirən ünsür onun özüdürsə, xarici faktor amilində isə mühitin orqanizmə təsiri əsas götürülür. Birincisində reallaşdırılacaq davranışı orqanizm özü üçün gərəkli sayanda edirsə, ikincisində kənar amillərin təsiri ilə davranışın vacibliyinə inanmaqdadır.  Burada müəllimlərin üstünə düşən əsas vəzifə xarici amillərin təsirlərinin öyrənmə fəaliyyətinə daha faydalı olmasını təmin etməkdir. Uğuru artırmaq üçün müəllimlər müəyyən dövrlərdə üstünlük təşkil edən motivlərə görə hərəkət etməlidirlər. Məktəbdə müsbət yöndə motivasiya aşılamağın əsas yolları, ediləcək işlər aşağıdakılardır:
Şagirddə özünə inam duyğusu formalaşdırmaq
Şagirdin maraqları nöqteyi – nəzərindən çıxış etmək
Öyrənməni şagird üçün mənalı və dəyərli etmək
Hər kəsin özünə uyğun hədəflər seçməsinə yardım etmək
Sinifdə öyrənmək üçün zövqverici bir mühit hazırlamaq
Şagirdlərin ideallarından və arzularından faydalanmaları təmin etmək
Gərəkli anlarda həvəsləndirici çalışmalar təşkil etmək 
Şagirdin özünə olan hörmətini, güvənini və qürur hissini gücləndirmək

ŞƏRH YAZIN