Necə öyrənirsiniz?

0
8374
Necə öyrənirsiniz?

Oxuduğumuz istənilən məlumatı nizamlı şəkildə təkrar etməsək, qısa müddətdə unudular. Ümumiyyətlə, öyrəndiklərimizi 24 saat ərzində təkrarlamasaq, onların təxminən 70% - ə qədərini unudarıq. 

Necə təkrar edək?
• Oxuyub bitirdikdən sonra 5 dəqiqə təkrar üçün zaman ayırın. Bu məlumatın 1 gün yaddaşınızda qorunmasını təmin edər. 
• Öyrəndiyinizi  24 saat sonra 10 dəqiqəlik təkrarla möhkəmləndirin və oxuduqlarınızın 1 həftə yaddaşda qalmasını təmin edin.
• 1 həftədən sonra 20 dəqiqə təkrar etsəniz, bu, öyrənilənlərin 1 ay yaddaşda qalmağına kömək edər.
• Məlumatı öyrənib qurtardıqda sonda edilən 30 dəqiqəlik təkrar, onun uzun müddət yaddaşınızda qalması üçün faydalı olacaqdır. 
 
Şagirdin oxumasına mənfi təsir edən amillər:
1. Şagirdin istədiyi ixtisasa qəbul ola bilməyəcəyinə dair düşüncələri.
2. İmtahana psixoloji cəhətdən hazır olmamaq.
3. Şagirdin diqqətinin yayınması və ətraf mühitdə baş verənlərə çox fikir verməsi, bununla yanaşı birdən çox fəaliyyətlə məşğul olması.
4. Şagirdin konkret olaraq seçdiyi hədəfinin və həmin hədəflə bağlı planlarının olmaması.
5. Şagirdin çox həyəcanlı olması və davamlı olaraq imtahan qorxusunu yaşaması.
 
Bəzən də elə olur ki, şagird dərslərinə düzgün və səmərəli şəkildə hazırlaşmır. Düzgün hazırlaşmamaq dedikdə, dərsləri vaxtı – vaxtında oxumamaq, əsas fənlərə kifayət qədər zaman ayırmamaq, təkrarların edilməməsi, sistemsiz hazırlaşmaq, dərs oxuyarkən tez – tez fikrin yayınması və başqa şeylərə diqqət yönəltmək və s.  Bunları aradan qaldırmaq üçün əvvəlcə, istədiyiniz ixtisasa daxil ola bilmək üçün hansı dərsə nə qədər vaxt sərf etməli olduğunuzu dəqiqləşdirməlisiniz:
 
• Məqsəd əzbərçilik yox, öyrənmək olmalıdır.
• Davamlı şəkildə etdiyiniz təkrarların əzbərə yol açacağını unutmayın.
• Testləri işlədikdən sonra, səhvlərinizin və əksikliklərinizin nə olduğunu təyin edin və səhvləri tapmağa çalışın.
• Oxuyarkən və test həll edərkən musiqi dinləməyin, əks təqdirdə imtahanda da yenə musiqi sədaları altında test həll etmək istəyəcək, lakin bunun mümkün olmadığı üçün çətinlik çəkəcək və diqqətinizin yayınması vəziyyəti qəlizləşdirəcək. 
• Fasilə etmədən oxumaq da yanlışdır. Özünüzü və sağlamlığınızı da düşünməlisiniz. Keyfiyyətli oxuya bilmək üçün enerjinizi bərpa etməlisiniz. Buna görə də istirahətinizə də fikir verin. 
 
Hazırlaşma müddəti:
Hazırlaşmağa kifayət qədər hazırlaşmamaq da işin əksik tərəflərindəndir. Unutmayın ki, hər kəs üçün yetərincə oxuma müddəti fərqlidir. Əgər hansı fənn sizin üçün çətindirsə və onu qavramaqda sıxıntı yaşayırsınızsa, siz bu dərsə başqalarından daha çox çalışmalısınız. Digərlərinin dərs çalışmaq vaxtı və proqramı sizinki ilə eyni ola bilməz.
 

ŞƏRH YAZIN