Uğur Qazanmaq İstəyirsinizsə...

0
2971
Uğur Qazanmaq İstəyirsinizsə...

 Hər bir şəxs uğur qazanmaq üçün aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

1. Dəqiqlik - insan həmişə öz işini dəqiqliklə və vaxtlı-vaxtında yerinə yetirməlidir.
 
2. Etibarlılıq - insan ona etibar edənləri pis vəziyyətdə qoymamalıdır.
 
3. Özünə güvənlilik - insan hər hansı bir problem və ya vəziyyəti həll edərkən ilk verdiyi qərardan şübhələnməməlidir.
 
4. Xeyirxahlıq - başqa insanların problemlərindən üz döndərmək lazım deyil, məsləhət və hərəkətlərlə onlara kömək etmək lazımdır.
 
5. Hiyləgərlik - həyatda işin alınması üçün bir az hiyləgər də olmaq lazımdır.
 
6. Azad fikirlilik - insanın gərək özünün nəzər nöqtəsi,həyata obyektiv baxışı olsun.
 
7. İnadlılıq və məqsədə yönəlmə - insan başladığı işi sona çatdıracaq qədər inadcıl olmalıdır.
 
8. Yaradıcılıq qabiliyyəti - həm də insan bir az da yaradıcı olmalıdır.
Həyatda uğur qazanmaq, nəyəsə nail olmaq üçün ilk növbədə məqsədiniz aydın olmalıdır; irəliyə getmək stimulu sizi idarə etməlidir. Öz məqsəd və istəklərinizi dərhal yaxınlara və dostlara deməyə tələsməyin. İlk öncə bunu reallığa çevirin, daha sonra uğurunuzu onlarla bölüşün.
 

ŞƏRH YAZIN