Hədəflərinizə Nail Olmağı Istəyirsinizmi?

0
2262
Hədəflərinizə Nail Olmağı Istəyirsinizmi?

Bəzi insanlara hədəflərinin, məqsəd və ya istəklərinin nə olduğunu soruşduqda, əksəriyyəti nə istədiklərini deyil, daha çox həyatlarında nəyi istəmədiklərini sıraladıqlarının daha çox şahid olarıq.

Bir də çox tanınan bəhanələrimiz vardır, dərhal sıralayaq:
 
Çox istəyirəm, amma olmur nə edə bilərəm ki?
 
Yenidən başlamağa gücüm yoxdur. Həm başlasam, nə olacaq ki? Sonu yenə məyusedici.
 
Artıq çox gecdi.
 
Olduğum vəziyyəti, həyat tərzimi istəmirəm, sevmirəm, həzz ala bilmirəm. Bitdim, tükəndim və s.
 
Bu halda bunu soruşa bilər insan özünə: İstədiyin kimi bir həyata çatanda nə olar? Sənə nə qazandırar? Hazırda yaşadıqlarının yerinə nə yaşamaq istəyərdin? Əgər bu anki vəziyyətini dəyişdirmək üçün özünə bəzi hədəflər təyin etsən və bunları həyata keçirsən, nə olardı? Necə hiss edərdin? Hədəflərinin ilk mərhələdə çox da böyük olmağına ehtiyac yoxdur, ən sadəsindən başlaya bilərsən məsələn.
 
Hədəfin uğura çata bilməsindəki ən mühüm və ən əvəzolunmaz əsaslardan biri: İnsanın nələri istəmədikləri üzərində deyil, nələri istədikləri üzərinə əsasların yaradılmasıdır.
 
Əvvəl hədəfinizi təyin edin, amma ən əsası bunu müəyyənləşdirərkən hədəfinizin əl çatan bir hədəf olmasına diqqətlə fikir verin.
 
Bu, hədəfə nail ola bilmədiyinizdə xəyal qırıqlığı yaşamamaq üçün həqiqətən əhəmiyyətlidir.
 
Hədəfiniz sizin üzərinizdə bir dəyişiklik yaratmağa yönəlməlidir, başqalarını dəyişdirməyə yönəlik deyil. Qoyduğunuz hədəf tamamilə sizin nəzarətinizdə ola bilməlidir. Sizi ya da sizin həyat məqsədlərinizi bir üst səviyyəyə çıxara bilməlidir.
 
Əvvəlcə bir kağız, qələm götürüb hədəfimiz haqqında lazım olan sualları yazaq.
 
Hədəfim nədir? Məhz bunu, xahiş edirəm mütləq dəqiq bir şəkildə özünüzə ifadə edin. Nə istədiyinizi dəqiq olaraq bilməyiniz çox vacibdir. Məqsədinizə çatdıqda nələr olacaq? Əgər nail ola bilməsəniz nələr olacaq? Hədəfimi həyata keçirmək üçün nələr edə bilərəm? Hansı addımları təqib etməliyəm? Bu an məni hədəfimə çatdıra biləcək nələrə sahibəm və yaxud nələr əskikdir?Hədəfimdən məni uzaqlaşdıra biləcək amillər nələrdir? Məqsədimə çatmaq mənim uzun bir zamanımı ala bilər, bunun üçün kifayət qədər səbrliyəmmi? Bu prosesdə maddi, mənəvi mənə yetəcək qaynaqlara malikəmmi? Hədəfimə çatmaq üçün variantlarım nələrdir? Daha öncə istifadə etdiyim üsullar məni hədəfimə çatdıra bilməyibsə, başqa hansı yolları sınaya bilərəm?Qarşılaşacağım maneələrə hazırlıqlıyammı? Nə cür maneələr ilə qarşılaşa bilərəm?
 
Unutmayın ki, təyin olunan məqsədlər sizi xəyallarınıza çatdıracaqlar. Bu səbəblə hədəflərə nail olmağa çalışılan yolda sizdən asılı olmadan yaranan hər bir vəziyyətə də hazırlıqlı olmaq lazımdır. Buna görə də daxili motivasiya, həqiqətən müəyyənləşdirdiyi hədəflərin özünü xoşbəxt edəcəyinə inanmaq və xəyallarının arxasınca gedəcək qətiyyəti tutmaq, insanı ayaqda tuta bilmək mənasında çox dəyərli bir köməkçi olacaqdır.
 
Və ən əhəmiyyətlisi, hədəfləriniz sizi olduğunuz yerdən pisə deyil, bir üstün vəziyyətə aparacaq keyfiyyət və dəqiqlikdə olmalıdır.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN