Dərs Uğurunu Yüksəltmə Yolları

0
4144
Dərs Uğurunu Yüksəltmə Yolları

Necə ki, evdə ana atanın bir çox məsuliyyəti varsa, uşaqların da ev içində ana və ataya yardımçı olacaq məsuliyyətləri olmalıdır.

Bu məsuliyyətlər isə uşağa kiçik yaşlarından etibarən verilməlidir. 5-6 yaşından etibarən uşağın evdə yerinə yetirməsi lazım olan məsuliyyətlər ona öyrədilməli və bu öhdəlikləri yerinə yetirməsi gözlənilməlidir. Beləcə şagirdə məsuliyyət şüuru aşılanır və dərs çalışaraq məktəb uğurunu yüksəltməsi təmin oluna bilir. Şagirdin dərs çalışarkən ana və atasının onun yanında olduğunu və lazım gəldiyi yerlərdə özünə yardımçı olacaqlarını bilməsi çox gözəldir. Amma bu, ana atanın, uşağın tapşırıqlarını etməsi onun məsuliyyətlərini yüklənməsi anlamına gəlməməlidir. Şagirdin dərs çalışma metodlarını yaxşı bilməsi və vaxtını proqramlaşdırmış olması uğur üçün çox vacibdir. Çalışma üsullarının əsas prinsipləri eyni olmaqla yanaşı hər bir tələbənin öz öyrənmə və həyat tərzinə görə bir sıra fərqliliklər ola bilər. Bu barədə tələbənin özünü tanıması əhəmiyyət qazanır. Məktəbindəki rəhbər müəllim, ya da təhsil mərkəzlərindən bu məsələdə kömək ala bilər.
 
Bir çox şagirdin etdiyi bir səhvdən bəhs edək. Bildiyi məsələ üzərində cəmləşmək, bilmədiklərini pas keçmək.. Bacarmaq, bacardığını hiss etmək bütün tələbələrin ortaq istəyidir. Şagird bildiyi, uğurlu olduğu mövzunu təkrar-təkrar çalışır. Çünki başa düşər və məsələ ilə bağlı bütün sualları həll edər. Amma bu arada bilmədiyi və ya anlamaqda çətinlik çəkdiyi məsələlərə heç baxmaz. Nəticə olaraq, dərs əvvəlində keçirdiyi müddət bildiyi məsələnin təkrarından o tərəfə keçə bilməz. Şagirdin bir hədəfi olmalıdır. Uzun perspektivdəki hədəfinə çatmaq üçün yaxın perspektivdəki hədəflərini də müəyyən etməli və fəaliyyətini buna görə istiqamətləndirməlidir. Ancaq burada əhəmiyyətli olan, şagirdin qabiliyyət, maraq və bacarıqlarına uyğun məqsədlər qoymasıdır.
 
Bir uşaq öz ailəsində nə görsə, onu öyrənir. Ana və ata evdə ötən zamanlarını boşa keçirirsə, televiziya qarşısında saatlarla vaxt öldürürsə uşaqdan da evdəki vaxtını səmərəli keçirməsini, bir plan etməsini gözləyə bilməzsiniz. Bunun üçün ana və atanın uşağa nümunə olması, hobbilərinə vaxt ayırması, uşaqla məlumat mübadiləsində olması, onunla müzakirə etməsi, birlikdə kitab oxuması, bədii fəaliyyətlərə qatılması lazımdır. Yoldaş ətrafı hər mövzuda olduğu kimi dərs və məktəb uğuru mövzusunda da çox təsirlidir. Uyğun olmayan, dərsə və məktəbə qarşı maraqsız dostluqlar məsələsində həm şagird, həm də ailə diqqətli olmalıdır. Bundan başqa, məktəbdə yaxşı dostluqlar qurmuş olan bir şagird məktəbə sevə-sevə gedəcək, məktəbdən bir şey öyrənəcəkdir.
 
Şagirdin dərslərində uğurlu olması üçün dərsdə fəal iştirak etməsi, dərsdə özünü rahat ifadə edə bilməsi önəmlidir. Bunun üçün də şagirdin özünə inamının olması lazımdır. Başda ailə olmaqla uşağın yetişmə dövründə ətrafında ona təsir edən müəllimlərin də davranışları, özünə inamın qazanılmasında təsirli olacaqdır. İnkişaf dövrünə uyğun olmayan məsuliyyətlər verilməsi, uğurlarının və səylərinin görməzdən gəlinib, uğursuzluqların üzərinə intensivləşdirilməsi, olduğundan daha kiçikmiş kimi davranmaq uşağın özünə inamını qazanmaq prosesində mənfi təsirləri olan hərəkətlərdir.
 
Dərs uğuru bəzən məktəbdə öyrənənləri əzbərləmək, xoşa gələn bir layihə təqlid etmək, ya da hazırlanması lazım olan tapşırığı hər hansı bir yerdən köçürərək əldə edilə bilər. Ancaq bunu unutmamalıdır ki, dərs uğuru tələbənin bütün həyatı boyu istifadə edəcəyi bir sıra vərdişlərin əldə edilməsinə yol açır. Hədəf müəyyənləşdirərək, bu hədəfə çatmaq üçün planlı çalışaraq, problemlərinin öhdəsindən gələrək, özünə güvənərək, daim özünü inkişaf etdirərək əldə edilən uğur tələbənin gələcəkdə peşə və şəxsi həyatındakı uğurlarının da ipuclarını bizə verəcəkdir.
 
 Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN