İmtahandan Əvvəl Psixoloji Hazırlıq

0
3766
İmtahandan Əvvəl Psixoloji Hazırlıq

Bu gün hər şey o qədər inkişaf edib ki artıq sosial şəbəkə sayəsində istənilən şey haqqında internetdən məlumat əldə edə bilirik.   Bu gün uğur əldə etmək o qədər də çətin deyil . Çoxlu kitablara sahibik. Elektron kitabxanalar günümüzü daha da asanlaşdırır . Təhsilə böyük kömək edir. İstənilən ixtisası qazanmaq olar . Bəs seçdiyimiz işdən məmnunuqmu ?
 
Zəmanəmizdə ətrafdakıların düşüncəsi , üzərimizdə böyük təsir qoyur . Uğur qazanmaq qorxusu özünü məyusluq hissi ilə əvəz edir . Ya qəbul ola bilməsəm ? Ətrafdakılar nə deyər düşüncəsi bizi yeyib bitirir.  Bəs bunun həlli nədir?
 
Çox əfsuslar ki , biz belə insanların ağzını bağlaya bilmərik . Bu sizin həyatınızdır sizin seçimlərinizə hörmət etmək hər kəsin borcudur. Digərlərinin nə fikirləşdiyinə əhəmiyyət verməyin . İstədiyiniz karyeranı qurun . 
Elə bir peşə seçin ki o sahədə uğur əldə edə biləsiniz. Sevməyiniz işlə məşğul olmayın . Gələcəyinizi özünüz qurun . 
 
İmtahan müddətində biz yalnız ali məktəbə qəbul olmağı düşünürük . Amma bu düzgün deyil . Sonraki mərhələni sona saxlamayın. Nə istədiyinizə qərar verib ali məktəbə hazırlaşın. 
 
Həmişə özünüzə inanın. Güvən hissləri sizi yarı yolda qoymasın. 
 
Həyatda nailiyyətlərdən vacib şeylər var . Ailəniz ,sevdikləriniz . Bunların yerini heç nə verə bilməz. Gəncliyinizi də heç nə geri qaytara bilməz.  Sağlamlığınızıda qoruyun.
 
Unutmayın ki , siz olmasaydınız heç nəyin mənası olmazdı. 
 

ŞƏRH YAZIN