Sevdiyiniz gül xarakterinizi müəyyən edir

0
3368
Sevdiyiniz gül xarakterinizi müəyyən edir

Bəli inanmaq çətin olsada sevdiyiniz gülə görə xarakterinizi müəyyən etmək mümkündür.Məsələn:

Qızılgülü sevənlər; Saf sevgiyə və dostluğa dəyər verən, ümumilikdə həssas, duyğusal insanlardır. Şən, gülərüz məntiqlə deyil hissləri ilə hərəkət etməyi sevən insanlardır.

Qərənfili sevənlər; Ən xırda bir şeyə görə özündən çıxan, güclü hisslərə sahib olan insanlardır. Az danışmağa və çox dinləməyə üstünlük verən bu insanlar sərt xassiyyətə sahibdirlər. Adətən qısqanc olurlar.
 
Zambağ gülünü sevənlər; Bu insanlar adətən gözəllik vurğunu olurlar və buna görə də həmişə özlərini gözəl əşyalar və insanlarla əhatə edirlər. Lakin bu xüsussiyyətlərinə görə daima həyatda problemlərlə rastlaşırlar.
 
Ətirşah sevənlər; Hisslərinə hakim olan insanlardır. Xəyal dünyasına qapılmağı sevməzlər.
 
Yasmini sevənlər; Xəyalpərəst olurlar. Tez-tez küsməyə meyl edən bu insanlar daima həyatdan səbrlə nə isə gözləyirlər.
 
Doqquzdon gülünü sevənlər; Ziddiyətli insanlardır. Bir müddət öncə şən, gülərüz olan bu insanlar tez bir anda kefsiz, ümidsiz ola bilirlər.
 
Bənövşə gülünü sevənlər; Kin saxlaya bilməyən bu şəxslərin ürəyiaçıq, qəlbləri insanlara qarşı sevgi ilə dolu olur. Əliaçıq və insanpərəst olmaları insanları onlara cəlb edir.
 
Maqnoliyanı sevənlər; Özlərindən çox razı olan bu insanlar həyatda hər şeyin ən yaxşısına layiq olduqlarından əmindirlər. Özlərini tərifləməyii çox sevirlər.
 
Lalə sevənlər; Çox zərif insanlardır. Hər sözdən tez inciyən olurlar.
 
Yasəmən sevənlər; Ürəyiaçıq, səmimi və nəzakətli olurlar.
 
Payızgülünü sevənlər; Ciddi, sanballı, qəddar olurlar. Çox tələbkar və sərt xüsusiyyətlərə sahibdirlər.
 
Sünbül çiçəyini sevənlər; İnsanların toplandığı məkanlardan uzaq dururlar, daha çox təkliyə meyl edirlər. Nizamsız həyat tərzi sürürlər.
 

ŞƏRH YAZIN