Bacarıqlı Sahibkarın Uğurunun Sirri

0
5446
Bacarıqlı Sahibkarın Uğurunun Sirri

Təxminən 20 il əvvəl Kaliforniyada-Pebbli Beachdakı konfransda çıxışından sonra Yaponiyada çox tanınmamış bir sahibkar olan Masayoshi Sondan bəhs edəcəyik.

Keçən günlərdə şəxsi komputer sənayesinin ən böyük ticarət sərgisini (Comdex) və bir nəşriyat firmasını (Ziff-Davis) özündə birləşdirən Softbank o dövrlərdə bu sahədə kiçik bir nöqtə olaraq görünməsinə baxmayaraq, M. Sonun  sürətlə böyüməkdə olan texnologiya bazarının ən böyük iştirakçıları arasına girmək kimi xəyalı var idi. Və o xəyallarını həyata keçirtdi.
 
SOFTBANK bu gün 40milyard dollarlıq gəliri olan bir internet nəhəngidir. M.Son isə 7,7 milyard dollarlıq şəxsi sərvət ilə Yaponiyanın 2-ci ən varlı insanıdır. Yahoo və çinli Əlibaba Qurubu E-ticarət sahəsində ilk investatorlarından və yaxın zamanlarda SPRİNT NEXTELin 70%ni 20 milyard dollara satın alan M.Sonun böyüdüyü şəraiti heç vaxt təxmin belə edə bilməzsiniz. 
 
Gənc Masayoshi ailəsi ilə birlikdə Koreyadan Yayoniyaya imiqrant kimi gəlmiş və ölkənin cənub-qərbində yerləşən kasıb bir məhəllədə məskunlaşmışlar. Ailəsi öz köklərini gizləmək, Yaponiyada ali-seçkiliyə məruz qalmamaq üçün "Yasumoto" yapon soyadını götürmüşlər. 
 
Bunun nəticəsində M.Son yüksək məqsədli, özünü sübut etmək cəhd edən biri kimi böyüdü. Hələ yeniyetmə vaxtlarında ikən uğurlu iş adamı olmaq,öz işini qura bilmək üçün planlar qururdu. Bu məsələdə tövsiyyə almaq axtarışında ikən Yaponiyadakı ilk McDonald'sı quran və qısa bir müddətdə onu 3800 şöbəlik restoran zənciri halına gətirən Den Fujitadan çox təsirlənmişdi. 
İdealını hər an izləyirdi. Fujita ən sonda bu gənc adamla görüşməyi qəbul etdi. Və onun Amerikaya getməsini məsləhət bildi. Gənc adam bu məsləhəti yerinə yetirdi. 
 
Qısa müddət iqtisadiyyat təhsili almaq üçün Berkeleyə köçən Son, orda qarşılaşdığı texloji sənayeləşmə qarşısında ovsunlanmışdı. 24 yaşına çatanda SoftBankı qurmaq üçün Yaponiyaya qayıtdı. Və sonra olanları bilirik. Amma kiçik bir detal
xaricində; Son uşaqlıq qəhrəmanı olan Fujitayı illər sonra SoftBankın idarə heyyətinə daxil etməyi bacardı.  
 
Həyata keçirdiyi bütün bu uğurlardan sonra Sonun artıq istirahət edəcəyini düşünə bilərsiniz. Ancaq bu onun təbiətinə zidd bir şeydir. Bugünkü hədəfi SoftBankı dünyanın ən böyük 10 şirkəti sırasına daxil etməkdir. Ağlı olan birinin bunun əksini iddia edəcəyini düşünmürəm. Mən olsam etməzdim. 
 
Masayoshi Sonun kasıblıqdan varlılığa uzanan hekayəsi nə qədər qeyri-adi görünsədə bu hekayə bacarıqlı iş adamlarında gördüyümüz bəzi ortaq cəhətləri var. Çoxu kasıb bir ailədən gəlir. Məqsədləri vardır. Və diqqətlərini tamamilə bu məqsəd üzərində yönəltmişdirlər. Düşündüklərini açıqca söyləyən dürüst insanlardır. Əsla başladıqları nöqtədə qalmazlar, kiçik işdən başlayaraq böyük işlərə doğru addımlayarlar. 
 
Bütün bunlar təşəbbüskar olmaq istəyən sizlərə gözəl bir tövsiyyə olaraq qeyd etsəm deyə bilərəm ki sizi başqalarından fərqli göstərən qeyri-adi xüsusiyətləriniz varsa onları mütləq önəmsəyin və məqsədinizə çatmaq üçün istifadə edin. Hər birimizin özümüzə məxsus cəhətlərimiz var və fərq yaradanda bu cəhətlərimizdir.
 

ŞƏRH YAZIN