Anlama gücünü necə inkişaf etdirək?

0
5485
Anlama gücünü necə inkişaf etdirək?

Öyrənmək, anlamaq deməkdir. Anlama gücünün inkişaf etdirilməsi üçün mövzunun diqqətlə oxunması, öyrənilənlərin köhnə məlumatlar ilə bənzərlik və bağlantısının qurulması, nümunələrə diqqət edilməsi, oxunulan mövzunun ana (əsas) fikrinin ortaya çıxarılması xüsusları üzərində dayanılması lazımdır. Bunun üçün aşağıdakıları diqqətlə oxuyun:

A. Araşdırma: Bir kitabın və ya yazının araşdırılması o kitab haqqında ümumi bir məlumat sahibi olmaq deməkdir. Bu da kitabın adının, yazarının, yayınlandığı ilin, üz qapağındakı tanıdıcı yazıların ön sözü ilə içindəkilərin və ana başlıqların ümumi olaraq nəzərdən keçirilməsi ilə mümkün olur. Əgər kitabın davamından yararlanmak istənilirsə o zaman daha ətraflı bir araşdırma edilməlidir. 
 
B. Suallar yaradılması: Hər kitabı və ya yazını bir sıra suallara cavab tapmaq üçün oxumaq lazımdır. Bu səbəblə oxumağa başlamadan  əvvəl, edilən araşdırmadan da faydalanaraq əsas qaynaqdan cavablar tapıla biləcək suallar təyin olunmalıdır. Bu suallar oxucunu daha diqqətli oxumağa yönəldəcək.
 
C. Oxuma: Bir dərs kitabını, ya da düşündürücü bir əsəri oxuyarkən beyin güclərini mövzuya yönəltmək lazımdır. Oxuduğunu anlamadakı müvəffəqiyyət yaxşı və sürətli oxuya bilməklə bağlıdır. Oxuma zamanı nə üçün, necə, harada, nə zaman, kim kimi suallar oxuyanın başında maraq oyandırmalıdır. Xüsusidən ümumiyə doğru getmək kitabın hər hissəsinin və nəticədə hamısının əsas düşüncəsini tapmaq lazımdır. Ələ alınan mövzunun və ya yazının ən az iki dəfə oxunması anlamanın mühüm şərtidir.
 
İlk oxumada kitab ya da yazıdakı ana və yan düşüncələri təsbit etmək lazımdır. Bu zaman not çıxarma və sətirlərin altına xətt çəkmə kimi əməliyyatlar edilməməlidir. İkinci oxumada isə, ana və yan düşüncələr qəti olaraq müəyyən edilməli və sətir altından xətt çəkilməlidir. 
Yaxşı və təsirli oxuma deyincə, oxuduğunu anlamaq və sürətli oxumaq ağla gəlir. Ancaq sürətli oxumağa maneə törədən faktorlar vardır:
 
1. Qavrama uzaqlığının və itiliyinin qısa olması: bəzi kəslər bir yazını oxuyarkən bir və ya daha çox sözü qavraya bilirkən, bəziləri bütün sətiri qavraya bilməkdədir. Bu anlayışa qavramanın uzaqlığı deyilir. 
2. Tez-tez geriyə dönüş: qavrama uzaqlığı nə qədər uzaq olursa geriyə çevrilmələr o nisbətdə çoxalar və zaman itkisinə səbəb olar. 
3. Səssiz oxuma vərdişinin qazanılmış olmasıdır. 
 
Oxuma sürətinin inkişaf etdirilməsi üçün: gözlərin qüsursuz olması ya da göz qüsurlarının aradan qaldırılmış olması, söz bazasını zənginləşdirmək, çox oxumaq, lüğət və ensiklopediya kimi qaynaq kitablardan faydalanmağı vərdiş halına gətirmək, yeni, alınma və texniki sözləri qeyd etmək və bunları gündəlik söhbətlərdə və yazılarda istifadə etməyə çalışmaq lazımdır. Oxumağı inkişaf etdirmədə əsas şərt yaxşı və davamlı oxuma vərdişi əldə etmək, gündə ən az 15-20 dəqiqəlik bir zamanı oxumağa ayırmaqdır. Oxumağı daha yaxşıya aparmaq üçün məktəbdəki Dil – Ədəbiyyat müəllimləri ilə əməkdaşlıq edilə bilər. 
 
D. Xatırlamaq-yekunlaşdırma: Oxuduqlarını yenidən nəzərdən keçirməyənlər, xatırlamağa çalışmayanlar, öyrəndiklərinin yarısını kitabı bağladıqdan bir müddət sonra unutmaqdadırlar. Bu səbəblə öyrəndiklərimizi unutmamaq üçün nizamlı bir səy göstərmək məcburiyyətindəyik. 
Gözdən keçirmə və xatırlama işlərinizi hissə - hissə etməlisiniz. Hər mövzu altındakı parçanı diqqətlə oxuduqdan sonra dayanın, oxuduqlarınızı xatırlamağa çalışın. Əgər vaxtınız məhduddursa mövzunun əsas yerlərini müəyyənləşdirməklə kifayətlənə bilərik. Oxuduğunuz yerə baxmadan o parçanı müvəffəqiyyətlə xatırlaya bilirsinizsə həmin hissəni anlamısınız deməkdir. 
 
Yekunlaşdırma: Bu mövzuda diqqət edilməsi lazım olan ən əhəmiyyətli nöqtə oxunulan yazını yazıya baxmadan öz sözlərinizlə deyə bilməyinizdir. Ən asan yekunlaşdırma paraqraf – paraqraf edilən yekunlaşdırmaqdır. İkincisi paraqraf çoxluqlarının (bir neçə paraqrafı ümumi danışmaq) xülasəsi, üçüncüsü isə hissələrin (bölümlərin) yekunlaşdırılmasıdır. Ən son mərhələ isə yazının bütününün təkrarıdır.
 
E. Təkrarlama: Bu mərhələdə, oxuyub öyrəndiklərinizin doğru olub-olmadığını müəyyənləşdirmiş və doğru olanları gücləndirmiş olacaqsınız. Qiymətləndirmə məqsədi ilə edəcəyiniz ilk iş, oxuduğunuz kitab ya da yazının ümumi strukturunu aydınlaşdırmaqdır. İkinci işiniz kitab ya da yazı ilə əlaqədar olaraq meydana gətirdiyiniz sualların hamısını cavablayıb – cavablaya bilmədiyinizi yoxlamaqdır. Cavablandırılması lazım olan yeni suallar ortaya çıxmışsa, onları da cavablandırmış olmalısınız. Üçüncü işiniz isə kitab ya da yazını yenidən oxumaq və notlarınızdakı əksiklikləri tamamlamaqdır. 
 
Qeyd etmək: 
a. Müəllimin izah etdiklərindən xüsusilə dərs kitabında olmayan şərhin,
b. Bir konfransçının mənalı düşüncələrinin, 
c. Oxunan kitab ya da yazıda maraqlı olan düşüncələrin,
d. Bir gəzintidə diqqətinizi çəkən xüsusiyyətlərin, 
e. Hər hansı bir anda ağla gələn maraqlı görüşlərin qısa sözlərlə yazılması, qeyd etmək kimi təyin oluna bilər.
 
Faydaları: 
a. Mövzunu qısaldaraq qeydiyyat apardığınız üçün ifadə qabiliyyətiniz inkişaf edər.
b. Öyrənilənlər zamanla unudulsa belə bu mövzu ilə əlaqədar qeydləri oxumaqla mövzunu dərhal xatırlayarsınız. 
c. Qeyd etmə anında diqqət davamlı olaraq bir yerə toplandığından məlumat və fikirlər asanca zehininizə yerləşir.
d. Tərtib və tənzimləmə qabiliyyətlərinizi artırar. 
e. Sizi davamlı olaraq səmərəli, oyanıq və inkişafa açıq tutar. 
 
Not almaqda diqqət ediləcək nöqtələr:
1. Qeyd almağa başlarkən tarix qoyun. 
2. Qeyd tutarkən müəyyən bir plana görə hərəkət edilməlidir. Plan və qaralama, qeydlərin nizamlı olaraq yazılmasına kömək edər. Bir mövzunu bölüm və qisimlərə ayıraraq not alın.
3. Qeydlər qısa və köklü fikirləri əhatə etməlidir.
4. Qeydlər öz ifadələrinizlə yazılmalıdır.
5. Notlar yazılarkən nizamlı və oxunaqlı bir ifadədən istifadə edilməlidir.
 

ŞƏRH YAZIN