Ağıllı insanların əsas xüsusiyyətləri

0
5459
Ağıllı insanların əsas xüsusiyyətləri

Fərdlərin sahib olduqları ağıllarını bəyənmələriylə bağlı olaraq Montaigne deyər ki: “İnsanlara ən ədalətlə paylanılan nemət ağıldır, çünkü heç kim ağıl payından şikayətçi deyildir.” Perseus bu mövzuda son nöqtəni qoyur: "İnsanın ağlını bəyənməsi üçün ağlından da ötəni (sonrasını) görə bilməsi lazımdır."

Budur ağıllı insanın xüsusiyyətləri:
1. Həyatını “ən yaxşı”ya yaxın ölçüdə yaşayarlar.
2. Şübhəçi deyil, amma sorğulayıcıdırlar. Onsuz da fəlsəfənin başlanğıcı şübhə, inkişafı sorğulama, nəticəsi isə qeyri – müəyyənlikdir.
3. Gerçəkləri daha aydın görür və ona görə davranarlar.
4. Məlumat və düşünmə qabiliyyətinin azlığından qaynaqlanan bir kasadlıq çəkməzlər.
5. Axşamlar yatmadan əvvəl həmin gün nələr etdiyini nəzərdən keçirib qiymətləndirirlər.
6. Ağlını çətinliklər üçün istifadə edərlər: sərt olan şeyləri yumşalda, dar olanları genişləndirə və ağır olan şeylərə ağıllıca dözməyi bacarırlar. Çünki ağır olan şeylər, ağıllıca rəftar edən kəslərə daha az təzyiq edər. Burada çox gözəl bir terminlə tanış oluruq: Ağıllıca dözmək. Həyatda insan qarşılaşdığı və ya qarşılaşacağı bütün çətinliklərlə mübarizədə bunu bacara bildiyi zaman, ağıllı bir şəkildə qatlana bildiyi zaman hər şeyin öhdəsindən gələ bilər. Çünki, insana bu güc verilmişdir.
7. Təmkinlidirlər. Bu da insanın doğru və məqsədəuyğun qərar verməsi, sağlam fikirli olmasını nümayiş etdirir. 
8. Ağlını bəyənməzlər, davamlı olaraq daha ağıllı, daha bacarıqlı olmağa çalışırlar.
9. Özü lazımlı bacarığa və təhsilə sahib olmasa da ağıllı insanları ətrafına yığaraq müvəffəqiyyətə çatar. ABŞ-ın neft nəhənglərindən olan şirkətin sahibi Andrew Carnegie məzar daşına bu mənalı etirafını yazdırmışdır. "Burada ağıllı insanları ətrafına yığaraq müvəffəqiyyətli olmuş sadə bir adam yatmaqdadır."
10. Başqalarından fərqli düşünmə və anlama qabiliyyətinə malikdirlər.
11. Yavaş yeriyirlər, hər zaman doğru yolu izləyərək gerçəkdə qaçmalarına baxmayaraq yolun xaricinə çıxanlardan daha irəli gedirlər.
12. Zəkalıdırlar: Zəka insanın düşünmə, icra etmə, obyektiv həqiqətləri qəbul etmə, mühakimə etmə və nəticə çıxarma qabiliyyətlərinin hamısıdır. Ağıl isə düşünmə, anlama və qavrama gücüdür. Yəni ağıl gücdür, zəka qabiliyyətdir. Gücsüz bir qabiliyyətdən söz edilə bilməz. Zəka ağlın hissələrindən yalnız biri ola bilər ancaq.
13. Davamlı öyrənər, həyat boyu təhsil alırlar. Öyrənmə, həll yolu tapma, bilinənlərdən faydalanaraq bilinməyənləri ortaya çıxarma gücünə malikdirlər.
14. Bu 26 qabiliyyəti aktiv şəkildə istifadə edərlər: Anlama, izah etmə, uyğunlaşdırma, analiz, sintez, yaddaş, xəyal qurma, say, nəticə çıxarma, müşahidə, hiss etmə, reaksiya, dayanıqlılıq, uyğunlaşma, elastiklik, diqqət toplaya bilmə, təşkilatçılıq, təşəbbüs göstərmə, dərk etmə, rəftar, özünə inam, liderlik, məhsuldarlıq, kəşf etmə, təsir göstərə bilmə, təsirlənmə.
 

ŞƏRH YAZIN