Tez-Tez Edilən 6 Karyera Səhvi

0
3035
Tez-Tez Edilən 6 Karyera Səhvi

Həyat artıq elə bir hal aldı ki, karyera qurmaq bir çoxumuzun yeganə və ən mühüm hədəfi oldu. Sanki həyat tərzi halına gələn karyera planlarımız uşaq yaşlarda başlayaraq uzun illər sürür. Bir çox insan özünə verdiyi bu yolu gedərkən ailəsini, özünü, sağlamlığını və daha buna bənzər bir çox şeyi istisna edir. Yol boyu səhv etməyən və ya ən az səhv ilə yola davam edənlər uğurlu olur. İllərlə davam edən  və zəhmətlərin boşa çıxmaması üçün bu səhvləri ən aşağı səviyyədə tutmaq lazımdır. Belə baxanda bir çox insanın düşdüyü və tez-tez qarşımıza çıxan bəzi karyera səhvləri var. Bunları bilərək yola başlamaq və davam etmək sizi məqsədinizə daha asan çatdıra bilər.

Bəs, nədir bu karyera səhvləri? Budur ən çox görülən 6 karyera səhvi:
 
1. Ən çox tanınan və sıxlıqla qarşılaşılan karyera səhvlərinin ən böyüyü yanlış peşə seçimidir. Daha uşaq yaşlarda ailələrin və ətrafdakı insanların bu mövzuda istiqamətləndirmələri başlayır. İnsanın xarakter xüsusiyyətlərinə və öz qabiliyyətlərinə asılı edilən bu istiqamətləndirmələr əksəriyyətlə səhv olur. Maraq və istək başqa istiqamətdə olduğu üçün seçilən karyera yolunda irəliləmək son dərəcə çətindir. Sevmədən və istedadı olmadan aparılan işlər bərabərində uğursuzluğu gətirir.
 
2. Çox insan karyera planlaşdırmasının tək hədəfini çox pul qazanmaq kimi görür. Bu səbəblə də dövr media vasitəsi ilə şişirdilən və çox pul gətirdiyi danışılan peşələrə düzgün yönüm göstərir. Ancaq təkcə pul yönümlü seçilən ixtisaslar ən böyük karyera səhvlərindən biridir. Bu yolun nəfəssiz və uzun sürməsi çox nadir rast gəlinən hallardır.
 
3. Çox kiçik yaşlarda işə başlayaraq, işin hər bir mərhələsini və hər bir dövrünü çox yaxşı bilərək getmək ən sağlam yoldur. Ancaq çox zaman damdan düşər kimi sektorun ortasına təpədən enmə etmək fikri mövcud olar ki, aparılan mühüm səhvlərdən biri də budur.
 
4. Səbrli olmaq karyera etməyin vacibliyidir. Davamlı iş dəyişikliyi edərək, sektor dəyişərək yeni şeylər öyrənmək cəhdinə düşənlər uğurlu ola bilər. Tək bir sahədə qalaraq o mövzu haqqında uzun illər təcrübə sahibi olmaq karyera etməklə eyni anlamdadır.
 
5. Karyera uzun bir yoldur. Hədəfə çatmaq üçün pilləkən pillələrini bir-bir və möhkəm basaraq dırmaşmaq lazımdır ki, geriyə düşmək şansınız olmasın. Ancaq çox vaxt alt pilləkənləri əhəmiyyət vermədən gözünü ən yüksəklərə tikənləri gözləyən aqibət məlumdur.
 
6. Karyera pillələri üçlü-beşli çıxılmaz.
Mən hər şeyi çox yaxşı bilirəm demək, lazımsız və yersiz bir özünə inamdır. İşinizin ən yaxşısı olsanız belə öyrənə biləcəyiniz bir şeylər mütləq vardır. Bu səbəblə karyera səhvlərinə düşməmək üçün sahə ən böyük davamlı təmas halında olmağınız və bu görüşlərdən bir şeylər əldə etməyiniz sizin üçün əhəmiyyətlidir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN