Sağlam Yaşayıb Uzunömürlü Olmaq İstəyirsinizsə..

0
2803
Sağlam Yaşayıb Uzunömürlü Olmaq İstəyirsinizsə..

1. Yeniliklərə açıq olun amma özünüz kimi qalmağı da unutmayın. 

2. İnsanları qohumlarına görə dəyər verib, günahlandırmayın. 
 
3. Səni sevirəm dediyin zaman, bütün qəlbinlə de ki, o bunu hiss etsin. 
 
4. Mən peşmanam sözünü dediyiniz zaman, qarşınızdakı insanın gözlərinin içinə baxın ki, səmimiyyətinizin doğruluğuna inansın. 
 
5. Sevdiklərinizə daha çox qayğı göstərin və bunu ürəkdən edin.
 
6. Ağlınızda hər zaman bir şeir saxlayın, ehtiyacınız ola bilər. 
 
7. Eşitdiyiniz hər sözə aldanmayın, dəli kimi pul xərcləyin və yuxudan nifrət edənə kimi yatın .
 
8. Ən böyük məhəbbət və nailiyyət həmişə cəsarət tələb edir.
 
9. Məğlub olduğun zaman, bundan böyük dərs çıxart ki, bir daha təkrarlanmasın.
 
10. Özünüzü sevin, hörmət bəsləyin ki, ətrafınızdakılara da hörmət edəsiniz və etdiyiniz hər hərəkətinizə cavabdehlik daşıyın. 
 
11. Ən xırda problemlərə görə ətrafınızdakı dəyərli dostlarınızla münasibətləri soyutmayın.
 
12. Asta danışın lakin sürətli düşünün
 
13. Nəyisə düz etmədikdə, onu yenidən düzəltməyə çalışın, üstünü örtməyin. 
 
14. .Gün ərzində bir müddət özünüzlə tək qalın.
 
15. Bəzən susmaq verilmiş ən gözəl cavabdır.
 
16. Kitab oxumaq insanın intellektual səviyyəsini yüksəltməklə yanaşı, dünyaya baxışını da formalaşdırır buna görədə daha çox oxuyun.
 
17. Allaha inanıb sevmək lazımdır ki sizi qorusun  amma özünüzdə özünüzü qorumağı bacarmalısınız. 
 
18. Sevdiyin insanla mübahisə etdiyin zaman keçmişi xatirlatmaq vəziyyəti daha da gərginləşdirəcək ona görədə o an yaşananlardan danışın . 
 
19. Oxuduğunu hecalarla oxuki mənasını hər kəs başa düşsün. 
 
20. Bildiklərinizi uşaqlarınızla paylaşın ki unudulmasın .
 
21. Torpaq bizim anamizdir onu qoruyun. 
 
22. Hər zaman danışanı dinləmək mədəniyyətinə sahib olun.
 
23. Başqalarının işinə müdaxilə etməyin və lazımsız məsləhət verməyin. 
 
24. Hər il də bir dəfə heç vaxt olmadığınız yerə gedin. 
 
25. Əgər maddi vəziyyətiniz yaxşıdırsa ehtiyac sahibi olanlara köməklik edin. 
 
26. Arzuladığınız bir şey olmadıqda  hər işdə bir xeyir olduğunu unutmayın bəlkə də sizin üçün doğrusu budur.
 
27. Həkimlərə  qulaq asın amma arada öz istədiklərinizi də edin. 
 
28. Nailiyyət əldə edərkən keçmişi unutmayaraq nələr üçün nələrdən keçdiyini unutma. 
açıq olun amma özünüz kimi qalmağıda unutmayın.
 
29. Yemək bişirmək böyük sevgi tələb edir bunu edərkən sevginzidə içinə qoyun bu zaman başqalarının reseptinə ehtiyacınız olmayacaq. 
 

ŞƏRH YAZIN