Xoşbəxtliyin Hekayəsi

0
3295
Xoşbəxtliyin Hekayəsi

Seminarların birində 50 nəfərdən ibarət bir qrup iştirak edirdi.Birdən natiq söhbətini dayandırır və seminardakıların hər birinə şar hədiyyə edir.Həmçinin onlardan öz adını qələmlə şarın üstünə yazmağını xahiş edir.Sonra bütün şarları yığır və onları başqa bir otağa qoyur.

Sonra natiq iştirakçılara tapşırır ki, otağa gedib üzərində öz adları olan şarı 5 dəqiqə ərzində tapsınlar.Hər kəs bir-birini  itəliyib öz adı olan şarı dəhşətli bir şəkildə axtarmağa başlayırlar.İçəridə qarışıq bir vəziyyət yaranmış olur.5 dəqiqə bitəndən sonra heç kəs öz adını axtarıb tapa bilmir.Ancaq sonra onlar təsadüfən tapdıqları adları bir-birinə verməklə beləcə öz adlarını yazılan şarlarına da qovuşurlar.Bir dəqiqə ərzində hər kəs öz şarını əldə etmiş olur.
 
Natiq onlara söyləyir: “Bu sizin həyatınızla da eyni baş verir.Hər kəs ətrafda öz xoşbəxtliyini çılğıncasına harda olduğunu bilmədən axtarır.Bizim xoşbəxtliyimiz digərlərinin xoşbəxtliyinə söykənir.Onlara öz xoşbəxtliklərini verin.Onda siz özünüz də öz xoşbəxtliyinizi tapacaqsınız”.
 
Bəli natiqin də söylədiyi kimi insanlara öz xoşbəxtliklərini verdiyiniz zaman siz də öz xoşbəxtliyinizi tapmış olacaqsınız.Bu zaman həm özünüz xoşbəxt olursunuz həm də qarşınızdakı insan.Hər kəs xoşbəxtliyə layiqdi.Bunu unutmuyaq.
 

ŞƏRH YAZIN