Keyfiyyətli Gecə Yuxusu Üçün 10 Məsləhət

0
2303
Keyfiyyətli Gecə Yuxusu Üçün 10 Məsləhət

Günümüzdə ən sıx qarşılaşılan problemlərdən biri də yuxu problemləridir. Stress, qidalanma vərdişləri, gərgin iş tempi, elektron cihazlar kimi bir çox şey yuxu problemlərinə səbəb ola bilir. Yaşadığınız yuxu problemləri üçün bir mütəxəssisə müraciət etməyiniz daha yaxşı olacaqdır. Keyfiyyətli bir yuxu üçün bəzi məqamlara diqqət edilməlidir. Bəs yaxşı yatmaq üçün üçün nə etmək lazımdır və yaxşı bir yuxu üçün edilməsi lazım olanlar nələrdir? Bunun üçün aşağıdakı tövsiyələri diqqətlə oxuyun.

1. Müntəzəm bir rejimə sadiq qalın.

Valideynlər uşaqlara yatmaları üçün müəyyən bir saat qoyurlar, amma özləri yatmaq üçün bir saat təyin etməzlər. Səhərlər yorğun və yuxusuz qalxmamaq üçün hər axşam eyni saatda yatmaq vərdişini əldə etməlisiniz. Hər axşam eyni saatda yatıb, səhərlər eyni saatda qalxmaq orqanizmin bioloji saatı üçün əhəmiyyətlidir.
 
2. Gündüz yatmaqdan çəkinin.
 
Gündüzləri uzun müddətli yatmaq, gecə yuxusuna mənfi təsir edəcəkdir. Gündüz saatlarında 20 dəqiqəni keçməyəcək mürgüləmək isə gecə 3-4 saat yuxuya bərabərdir. Amma 20 dəqiqəni ötməmək şərtilə.
 
3. Müntəzəm olaraq məşq edin.
 
Aparılan bir çox araşdırmanın nəticəsinə görə hər gün yarım saatlıq məşq etmək sağlam bir yuxu üçün faydalıdır. Diqqət edilməsi lazım olan isə məşqin yatmadan dərhal əvvəl deyil, səhər və ya günortadan sonrakı saatlarda keçirilməsidir.
 
4. İsti bir duş alın.
 
Yatmazdan yarım saat əvvəl alınan isti bir duş, gərilən əzələləri rahatladacaq və yatmağı asanlaşdıracaqdır.
 
5. Yatmazdan 3 saat əvvəl yemək yeməyin.
 
Yatmadan əvvəl yeyilən yeməklər, yuxunun bölünməsinə səbəb ola bilir. Bu səbəblə yatmazdan 2-3 saat əvvəl yemək-içməyi kəsmək lazımdır.
 
6. Kofeindən uzaq durun.
 
Yatmazdan təxminən 5-6 saat əvvəl kofein istehlakı dayandırılmalıdır. Kofein, oyaq qalmağa səbəb olur və yatmağı çətinləşdirir. Bundan başqa, yuxusuzluq üçün bitki çayı da istifadə edə bilərsiniz. Qızçiçəyi və sarı çaylar, sakitləşdirici və əzələləri rahatladıcı bir təsirə malikdir və yuxusuzluğa qarşı ən çox istifadə olunan bitki çaylarıdır. Yuxusuzluğa yaxşı gələn bitkilər də yaxşı bir yuxu üçün yardımçı olacaqdır. 
 
7. Kitab oxuyun.
 
Yatmazdan əvvəl kitab oxumaq, yuxuya getməyi asanlaşdırır.
 
8. Sərin otaqda yatın.
 
Yataq otağının ideal istiliyi, 17-18 dərəcə yaxınlığıdır. Daha isti və daha soyuq bir otaqda yuxuya getmək çətinləşir.
 
9. Səssiz bir mühit yaradın.
 
Yatmazdan əvvəl yüngül musiqi dinləmək yatmağa köməkçi olarkən, hay-küylü musiqilər yatmağı çətinləşdirə bilir. Yuxudan əvvəl televiziya, kompüter və cib telefonundan uzaq dayanmaq lazımdır. Bu elektron cihazların yaydığı ultrabənövşəyi şüalar yatmağı çətinləşdirir.
 
10. Elektron cihazlardan uzaq durun.
 
Xüsusilə cib telefonu yataq otağında saxlanılmamalıdır. Bu həm ümumi sağlamlıq üçün, həm də yuxu sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Həmçinin yataq otağına televizor qoymaq, yuxu sağlamlığına mənfi təsir göstərən vasitələrdən biridir.
 
Bütün bunlardan başqa, yaxşı yatmaq üçün dua oxumaq da bir çox insanın xeyir gördüyü bir üsuldur. Yuxu duası, mənəviyyata önəm verənlərə mütləq yardımçı olacaq.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN