İnsanlardan Köməyinizi Əsirgəməyin

0
2761
İnsanlardan Köməyinizi Əsirgəməyin

Belə bir söz var əl tutmaq əldən qalıb . Yolda gedərkən birisinin çantası ağırdırsa ona kömək etməklə siz Allah qarşısında böyük bir savab qazanacaqsınız.  Siz bununla heç nə itirməzsiniz . Çalışın xeyirxah olun , başqalarına kömək edin . Bizi biz edən insanlığımızdır . Bir- birimizə qarşı yardımsevər olmasaq insan olmarıq . İnsan olmaq 2 əl 2 ayağa sahib olmaq demək deyil . Daxilimizdə də insanlıq olmalıdır.  İnsan sosial məhfumdur. 

Başqa insanlara kömək etməyən,  edilən haqsızlıqlara susan hələ həqiqi insan deyildir. İnsanlara  köməklik göstərən , özü addımlayarkən  başqalarını da unutmayan insan, insan adını daşımağa layiqdir.
 
Bir-birimizə yardım etsək, dünya hər kəsə çatar.Yox belə olmasa ,ikinci bir dünya da olsa  bizə kifayət etməz. Birinə ən azından Allah yolunda kömək etsək Allaha da xoş gedər.  Allaha şükür etmək istəyirsənsə, ilk öncə , insanlara minnətdar olmağı bacarmalısan.  Xoş sözlər , gülərüz olmaq səndən heç nəyi əskiltməz , əksinə səni ucaldar . Çalışın xeyirxahlığınızla sevilin , seçilin. 
 

ŞƏRH YAZIN