Tənbəllikdən qurtulun!

0
3261
Tənbəllikdən qurtulun!

Tənbəllik etmək, bizi, hər zaman geriyə atan bir haldır.Tənbəllikdən qurtulmağın yollarından biri, hərəkətə keçməkdir. Hərəkətə keçmək üçün hanısa bir motivasiya gözləməyin. Siz hərəkətə keçin, motivasiya da gələcək. Bizi, nəyisə etməkdən saxlayan yeganə şey, onu etməməyimizdir.

Pessimist ruh halı, psixoloji narahatlıqlar, zehnin qarışıq olması, motivasiya əskikliyi, nizamsız həyat tənbəlliyin yaranmasına səbəb olur. Tənbəllik etməyimizə səbəb olan şeylər arasında, sözsüz ki, yorğunluq, enerjisizlik, halsızlıq, ərincəklik də var..Buna görə də tənbəllikdən qurtulmaq üçün həyat tərzimizə də göz atmaq lazımdır. Hərəkətsizlik, günün böyük qismini oturaraq keçirmək, ekranlardan limitsiz istifadə, düzgün qidalanmamaq, kifayət qədər su içməmək, kifayət qədər yatmamaq, günün böyük bir qismini havasız mühitlərdə keçirmək də tənbəlliyə gətirib çıxaran ünsürləri yaradır.
 
Bir işə başlamağın tək yolu, o işə dərhal, indi başlamaqdır. Hadisələrə, indiki an eynəyi ilə baxılsa, o işin edilə bilməsi, insan üçün daha asan bir hal alır. Ancaq başqa bir gün, bir ara, sonra deyirsizsə çox vaxt iş nəticəsiz qalır, hətta o işə heç başlanılmır. Bir işi etməyə başlamaq üçün gözləməyin, o anda edin, tənbəlliyə fürsət verməyin, həyatınıza girməsi üçün qapı açmayın.
 

ŞƏRH YAZIN