Güzgüdəki Yazı

0
4215
Güzgüdəki Yazı

Bir gün gənc qız ağlayaraq evə gəlir, kimsəyə görünmədən otağına qalxır. Anası qızının gəldiyini eşidir və onunla danışmaq istəyir.

Gənc qız ağlayaraq yalnız qalmaq istədiyini deyir. Anası qızına nə olduğunu başa düşür və onu rahat buraxır.
 
Gənc qız sevgilisindən ayrıldığı üçün ağlayırdı.
 
Ağlayaraq yuxuya gedir.
 
Səhər oyananda anası güzgüsünə dodağına vurduğu boya ilə bunları yazmışdı: "Bu gün səni yarı yolda qoymuş insanlar üçün kədərlənib ağlayacağına, sabah səni fikirləşəcək insanları düşün və sevin."
 
Gənc qız bu yazını güzgüdən heç silmədi. Onu düşünən insanı tapana qədər hər səhər anasının yazdığı bu yazıya baxdı.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN