1.Əsəbi olduğunuzda, heç vaxt cavab verməyin. Ən yaxşısı susmaqdır.Daha sonra sakitləşməyə çalışın.
2 . Sakitləşmək üçün ilk öncə dərindən nəfəs alın.
3. Ortamı yumşaltmaq üçün mülayim danışın.
4. Hər bir çətin anda gizli fürsətlərin olduğunu başa düşməyə çalışın.
5. Başqa insanların sizə verdiyi məsləhətlərə diqqət yetirin, bunu elə qəbul edin ki, onlar sizə özünüzü yaxşı mənada dəyişdirməyiniz üçün kömək etməyə çalışır.
6. Özündə yalnız neqativ məna daşıyan informasiyaya məhəl qoymayın.
7. Bir insanın söylədikləri və ya davranışları sizə xoş təsir etməyə bilər, ancaq bu o demək deyil ki, siz bilavasitə onun özünə nifrət edirsiniz.İnsanlara qarşı bəslədiyiniz duyğularla xarakterlərini bir-birinə qatmamağa çalışın.
8. Başa düşün ki, sizin neqativ hissləriniz sizə əzab verir, sizin xətrinizə dəyən insan isə heç bir günahkarlıq hissi keçirtmir.Ona görə də mənfi emosiyaları daşımağın sizə heç bir xeyri yoxdur və bu çox mənasızdır.
9. Əgər səhvə yol vermisinizsə, bunu açıq-aydın etiraf edin.
10. Yadda saxlayın ki, səhv edən insan daha çox hörmətə layiqdir, nəinki ümumiyyətlə heç bir iş görməyən.
11. Kitab oxuyun, musiqiyə qulaq asın. Sizin həyatınıza müsbət abu-hava gətirən hər bir şeyi yoxlama dəyər.
12. Sizə dəstək göstərə biləcək dostunuzla danışın.
13. Ən çox sevdiyiniz, sizə ürək-dirək verən və sanki ikinci nəfəsinizi açacaq, sitatları oxuyun, uğur qazanmış insanların müəllifi olduğu hekayələri vərəqləyin.
14. Neqativ vəziyyətlərdə sizin iradənizi sınağa çəkən imtahan və ya əksinə onu daha da möhkəmlədən məşq prosesi kimi yanaşın. Bu, sizin real aləmdə həyata tab gətirmə qabiliyyətinizin artımına xidmət edir.
15. Yadda saxlayın ki, siz heç də hamının xoşuna gələ bilməz və hamı tərəfindən asanlıqla başa düşülə bilməzsiniz. Bəzi insanların sadəcə yanınızdan ötüb keçməsinə icazə verin. Diqqətinizi və səylərinizi birlikdə müsbət nəticələr əldə edib, qarşılıqlı fəaliyyət qurduğunuz insanlara yönəldin.