Xoşbəxt Olmaq İstəyirsinizsə...

0
3313
Xoşbəxt Olmaq İstəyirsinizsə...

Xoşbəxtlik əslində elədə təsəvvür etdiyiniz qədər uzaqda deyil.Psixoloqların xoşbəxtlik üçün tövsiyyələrini oxuyub nəticə çıxartmağa çalışın. 

 
1. Əsla əsla deməyin!
 
2. Cümlənizin başlanğıcı ''amma'' və ''lakin'' olmasın!
 
3. ''Fərq etməz'' desəniz yalan danışmış olarsınız, hər şey fərq edər.
 
4. Heç bir cümlənizin hərəkəti ''mış, miş ''və ya ''lar, lər '' və ya ''mişlər, mışlar'' və ya ''larmış, lərmiş'' lə bitməsin. Bunlar sizin bilmədiyiniz və görmədiyiniz, başqasının izah etdiyi hərəkətlərdir və bunlara görə hərəkət etmək həm sizə həm qarşınızdakına zərər verər.
 
5. Başqasının yerinə düşünməyin!!
 
6. Başqasının yerinə qərar verməyin!!
 
7. Eqoistcə yaşayın... Onsuz da insan eqoistdir və özü üçün yaşar, əksinəni söyləyib və ya düşünüb özünüzü aldatmayın. Beləcə kim olduğunuzu və harada olduğunuzu bilərsiniz. Başqalarına daha az zərər vermiş olarsınız.
 
8. “Edəcəyəm”, “Bacaracam” kimi müsbət düşüncə ilə yaxınlaşın mövzulara. 
 
9. Heç bir zaman gerçək və doğrudan imtina etməyin!
 
10. Keçmişi mühakimə etməyin, bir şey qazana bilməzsiniz. Yalnız təcrübə olaraq faydalanın və bədbəxtsinizsə təkrar etməyin!
 
11. Özünüzə və ətrafınızdakılara güvənin, onları sevin!
 
12. Xoşbəxt olmaq və irəliləmək üçün yaşanan şeyləri təkrar yaşamayın, yaşanmışlardan faydalanın. (Atəşin əl yandırdığını öyrənmək üçün əlinizi atəşə soxmağa ehtiyac yoxdur, ətrafınıza baxmaq və oxumaq kifayətdir). Albert Eynşteyn ''Eyni şeyləri təkrar təkrar edib fərqli nəticələr əldə etməyi gözləmək axmaqlıqdır.'' deyər. Dünyanın ən ağıllı adamının sözlərinə qulaq asın.
 
13. Ümumiləşdirmə etməyin! 
 
14. Siz hiss etdiyinizi yaşayın, varsan dünya bəyənməsin, siz bəyənirsinizsə kifayətdir.
 
15. Bir anı yaşamaq üçün illər xərcləmək müvəffəqiyyətsizlikdir. Müvəffəqiyyət, bir anda illəri yaşaya bilməkdir.
 
16. Mən həmişə verirəm, götürmürəm deməyin.Götürməyi bilməyən verməyi də bilməz. Verməyi bilmədiyinizdən o heç bir yerə getməz. Götürməsini bilməyən verə bilməz, verməsini bilməyən götürə bilməz, ağlamasını bilməyən həqiqətən gülə bilməz, kədərlənməsini bilməyən sevinə bilməz. Hər şeyin tarazlığı vardır.
 
17. Və qərar verin, bu an sizin də yeni bir həyata başlama anınız olsun!!
 

ŞƏRH YAZIN