Həyatını Yaxşı Yaşamaq İstəyirsənsə...

0
4450
Həyatını Yaxşı Yaşamaq İstəyirsənsə...

Əgər hər gün eyni şeyi etməkdən sıxılmısansa sabah oyandığın zaman onları təkrar etmə.Bu gün yuxudan oyanarkən belə bir söz de: “Bu gün fərqli gündür”.Ona görə ki,mən bugün də  nəfəs alıram və həyatdayam.Bu günün qədrini bil, ona görə yaşa.
 
Həyatda hər şeyin çarəsi var, ölümdən başqa.Sevdiyiniz yanınızda deyilsə, sizi sevmirsə bu hər şeyin sonu demək deyil.Sən daha yaxşılarına layiqsən.
 
Qarşındakı sənə dəyər vermirsə,sən də ona dəyər vermə.Gülümsəməyi unutma.Gülümsəmək üçün bəhanələr axtar.Unutma həyata bir dəfə gəlirik və Allah bizi sevməsəydi yaratmazdı. 
 
Başına gələn pis bri şeyə görə həyatdan bezib kədərlənmə.Özünü heç kəsin qarşısında sındırma.Sənə dəyər verənlərlə bir yerdə ol.İnsanlarla aranda sərhədlər qoy.Yuxudan oyanarkən günə pozitiv başla ki, günün axarı da belə keçsin.
 
Hər zaman mübarizə apar.Ölənə qədər həyatdan əlini üzmə.
 
Hər kəsin həyatında pis və ya yaxşı şeylər olur.Sən də mənfiylə müsbəti düzgün ayırmağı bacar.
 
Düşmənini tanı.Dostunu isə lap yaxşı tanı.
 
Üzündən gülüş , cibindən pul heç vaxt əksik olmasın.
 

ŞƏRH YAZIN