Qızıldərililərin Həyatla Bağlı Söylədiyi Dəyərli Sözlər

0
5569
Qızıldərililərin Həyatla Bağlı Söylədiyi Dəyərli Sözlər

Qızıldərililərin sözləri həyat məsələsində olduqca önəmli və ibrətamiz nəsihətlər daşıyır.

1. Erkən oyan.                                                                                                                                                                             

Dua etmək üçün günəşlə bərabər oyan. Təkbaşına dua et. 

2. Xoş münasibətli ol.
 
Yollarını itirənlərə qarşı xoş münasibətli və dözümlü ol. Cəhalət, təkəbbür, qəzəb, qısqanclıq və hirs itmiş bir ruhun əlamətləridir. Bir gün yollarını tapa bilmələri üçün dua et.
 
3. Öz yolunu çək.
 
Özünü, özün üçün axtar. Başqalarının sənin üçün yol çəkmələrinə icazə vermə. Bu sənin və yalnız sənin yolundur. Başqaları səninlə bərabər addımlayır, amma sənin üçün gedə bilməz.
 
4. Düşüncəli və kübar ol.
 
Qonaqlarına düşüncəli davran. Ən yaxşı yeməyini, ən yaxşı yatağını təqdim et. Onlara hörmət göstər və şərəfləndir.
 
5. Sənin olmayanı sahiblənmə!
 
Sənin olmayan bir şeyi alma. Başqa bir insana, bir cəmiyyətə, təbiətə və ya mədəniyyətə aid ola bilər. Onlar qazanılmış və ya sənə verilmiş deyildir.
 
6. Yer üzünə hörmət et.
 
Bu yer üzündə mövcud olan hər bir şeyə hörmət et. Bu bir insan və ya bitki ola bilər.
 
7. İfadə  azadlığı tanı.
 
Başqa insanların fikirlərinə, arzularına və sözlərinə qiymət ver. Sözünü kəsmə, lağ və ya təqlid etmə. Hər kəsin özünü istədiyi kimi ifadə etməsinə icazə ver.
 
8. Dedi-qodu etmə.
 
Başqaları haqqında pis danışma. Ətrafına yaydığın mənfi enerjilər, bir neçə dəfə artaraq səni yenə tapar.
 
9. Bağışla.
 
Hər kəs səhv edər və hər səhv bağışlana bilər.
 
10. Müsbət düşün.
 
Pis düşüncələr ağlın, bədənin və ruhun xəstələnməsinə yol açır. Müsbət düşüncə məşqləri et.
 
11. Təbiətin bir hissəsi ol.
 
Təbiət bizim üçün var olmaz, bizim bir parçamızdır və biz də onun bir hissəsiyik.
 
12. Uşaqlara sevgi ver.
 
Uşaqlar gələcəyimizin toxumlarıdır. Qəlblərində sevgini böyüdün, onları xeyirxah edin və həyat dərsləri ilə böyüdün. Böyüyəndə, kifayət qədər inkişaf edə bilmələri üçün onların sahəsini genşləndirin.
 
13. Qəlb qırma.
 
Başqalarının qəlbini qırmaqdan çəkin. Yaratdığın ağrının zəhəri bir gün sənə geri dönər.
 
14. Dürüst ol.
 
Hər zaman həqiqətən dürüstlükdən yana ol. Dürüstlük, dünyamızda insan iradəsinin bir sınağıdır.
 
15. Sağlığına diqqət göstər.
 
Özünü tarazlıqda tut. Rasional tərəfini, daxili  tərəfini, həssas tərəfini və fiziki tərəfini. Hamısı güclü, təmiz və sağlam olmalıdır. Onu gücləndirmək üçün bədənini də gücləndir. Həssas yaralarını sarımaq üçün ruhunu böyüt.
 
16. Məsuliyyət al.
 
Kim olacağın və nə edəcəyin haqqında şüurlu qərar ver. Aldığın qərarların məsuliyyətini öz üzərinə götür.
 
17. Şəxsi olan hər bir şeyə hörmət et.
 
İnsanların şəxsi sahələrinə və məxfilik tələblərinə hörmət et. Kimsənin şəxsi əşyasına toxunma, xüsusilə də müqəddəs və dini əşyalara.
 
18. Özünə qarşı ədalətli davran.
 
Özünə ədalətli davran. Özünü bəsləyə bilməzsən, başqalarını da bəsləyə bilməzsən. Əvvəlcə özünə kömək et.
 
19. Başqa inanclara hörmət et.
 
Hər kəsin inancına və inanışına hörmət et. Başqalarını sənin inandığın dinə inanmağa məcbur etmə.
 
20. Yaxşılığı paylaş.
 
Qismətinin gözəlliklərini başqaları ilə də bölüş. Könüllü olaraq yaxşılıq et.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN