Hər Şeyi Öz Axarına Buraxmaq Lazımdır

0
2844
Hər Şeyi Öz Axarına Buraxmaq Lazımdır

Bir gün Budda bir şəhərdən başqa bir şəhərə özünün bir neçə şagirdi ilə səyahətə çıxır.Onlar gəzişərkən bir gölün kənarından keçirlər.Gölü görən kimi Budda dincəlmək istədiyini söyləyir və orda dayanmaq qərarına gəlirlər.O,şagirdlərindən birindən xahiş edir ki, göldən onun üçün su gətirsin.Şagird gölə doğru qalxanda bir neçə qadının orda paltar yuduğunu görür.Elə bu anda göldən araba qoşulmuş bir kəl keçir və beləcə gölün suyu çirklənmiş olur. Şagird:”Mən bu çirkli suyu Buddaya necə içməyə verim?”deyə düşünür.

O Buddanın yanına gəlir və :”Göldəki su çox çirklidir.Məncə o içməyə yaramaz” deyir.
 
Bir qədər sonra Budda şagirdindən xahiş edir ki,yenidən onun üçün gölə gedib su gətirsin.Şagird dərhal gölə doğru addımlayır və gəlib çatanda görür ki,palçıq gölün dibinə çöküb, su isə əvvəlki kimi təmizdir.Beləcə Buddaya içmək üçün bir qab su gətirir.
 
Budda suya baxır və daha sonra şagirdinə baxıb deyir: ”Bax sən bu suyun təmizlənməsi üçün nə elədin.Sən sadəcə onu öz axarına buraxdın və palçıq özü-özlüyündə onun dibinə çökdü.Bu həmçinin sənin fikirlərin ilə də eynidir.O səni nə vaxt narahat etsə onu sadəcə boş ver.Ona bir az vaxt ver və o özü-özlüyündə yoluna düşəcək”.
 
Bəli, hekayədən də görüldüyü kimi hər şeyi öz axarına buraxmaq lazımdır.Həyatda da bu belədir.Hər şey zamanla onsuzda öz yolunu tapacaqdır.Siz yetərki onu öz axarına buraxın
 

ŞƏRH YAZIN