Tənbəllik Məyusluğun Nəticəsidir.

0
4610
Tənbəllik Məyusluğun Nəticəsidir.

Son illərdə insanların bədbəxtliyimi artdı, yoxsa bu məsələdə fərqindəlikmi  yarandı?

Hər kəs xoşbəxt olmaq istəyir, amma ola bilmir. Bəziləri baxışını dəyişdirə bilmir, bəziləri isə bədbinlikdən bəslənir. Bəs xoşbəxt olmaq və məyusluqdan uzaq qalmaq üçün nə etmək lazımdır?
 
ZAMANLA UYĞUNLAŞMAQ ƏSAS ŞƏRTDİR!
 
Günümüzdə, zamanla uyğunlaşa bilən insan, "xoşbəxt insan” kimi qiymətləndirilir. Zamanı tuta bilməyənlər isə həm özləri, həm də çevrələri ilə toqquşmaqdan xilas ola bilmir. "Qədimdən kənddə yaşayan və ömrünü 20 kvadrat kilometrlik sahədə keçirən insan da özünə görə xoşbəxt idi". Bu insanların başqa dünyaları tanımamasından və fərqindəliklərinin az olmasından qaynaqlandığını deyir. Fərqindəliklərin çoxalması həm xoşbəxtliyi, həm də məyusluğu artırır.Televiziyada dünyanın hər yerindəki prosesləri izləyən, məlumata və texnoloji dövrə anında uyğunlaşma qabiliyyəti olan insan problemlərlə daha asan baş edərkən, bir digəri yüklərin və problemlərin öhdəsindən gəlmədiyi üçün ağırlıqların altında əzilməkdən xilas ola bilmir.
 
ŞÜURALTINDA QƏLİBLƏR DƏYİŞMƏLİ
 
Bir psixoloq həmçinin professor, məyus olduqlarını söyləyərək ona başvuran bir çox insanla etdiyi görüşmələrin sonunda, bu insanların o qədər də məyus olmadıqlarını fərq etdiyini söylüyür. ”Xoşbəxt olmadığını düşünən adamların ya xoşbəxtlik düşüncələrində problem var, ya da bu adamlar tənbəldir.” - deyən professor, insanın əvvəl xoşbəxtliyin nə olduğunu ortaya qoyması, sonra da buna çatmaq üçün mübarizə etməsi lazım olduğuna diqqət çəkir. İnsanların həyata və özlərinə baxışları ilə bağlı səhvləri də bədbəxtliyi artırır. Yumruğun cənnətdən çıxmaq olduğuna inanan birinin beyninə və şüuraltına səhv qəliblər yerləşir və bunun dəyişdirilməsi lazımdır. Xoşbəxtlik - səy, zəhmət, mübarizə, öyrənmə, ünsiyyət, paylaşma və adaptasiya nəticəsində əldə edilir.
 
MƏYUSLUQ TƏNBƏLLİKLƏ BƏSLƏNİR
 
Bəziləri heç xoşbəxt deyildir. Bu bir şəxsiyyət xüsusiyyətidir və bədbəxt olan insanların adətən tənbəlliklə bəsləndikləri ilə əlaqəlidir. İnsanın özü və bədbəxtlikləri ilə üzləşməsi atılması lazım olan ən əhəmiyyətli addımdır. İnsan özünü bədbəxt edən həqiqətlərlə və özü ilə üzləşməlidir. Dəyişdirə biləcəyi şeyləri dəyişdirməli, dəyişdirə bilməyəcəklərini isə olduğu kimi qəbul etməyi öyrənməlidir.
 
MƏYUSLUQ SƏBƏBLƏRİ
 
Oturaq davranışlar
 
Yanlış təhsil
 
Mənfi həyat təcrübələri
 
Keçmişdəki travmalar
 
Həyata baxış prizmasında yanlışlıqlar
 
Fərdi düşünmə qabiliyyətinin azlığı
 
Qərəzlər
 
Özünü ifadə edə bilməmək
 
Öyrənmə və kəşf etmək marağının azlığı
 
Əsrə və yeni vəziyyətlərə adaptasiya ola bilməmə
 
Paylaşa bilməmək
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN