Yaxşılıq və Pisliyin zehnimiz və vicdanımız üzərindəki təsiri

0
2834
Yaxşılıq və Pisliyin zehnimiz və vicdanımız üzərindəki təsiri

Ümumiyyətlə bu həyatda yaxşılıq və pislik deyilən bir şey varmı?Yoxsa bizlərin sadəcə  bir ideyasındanmı ibarətdir?Birisi üçün yaxşı olan bir şey bir başqası üçün pis ola bilər.O zaman yaxşının və pisin müqayisəsini nəyi məsləhət alaraq edəcəyik?

Bundan əlavə,beynimizi və zehnimizi dəyişdirərək yaxşı və pis düşüncələrimizi dəyişə bilərikmi?
 
Yaxşı və pisin nə olduğu insandan insana dəyişsə belə,bütün bəşəriyyətin ortaq məxrəcdə görüşdüyü dəyərlərə görə yaxşı və pisi müqayisə etmək olar.Bu məxrəc vicdan məxrəci adlanır.
 
Bir işi etməyə başladığınızda zehninizə danışaraq o işin yaxşımı, yoxsa pismi olduğu barədə qərar vermədən əvvəl fikri bir də ürəyə danışaraq vicdan süzgəcindən keçirin.
 
Vicdanınız sizə heç vaxt doğru olmayan bir şeyi təklif etməz.Yolda gedərkən və siz cibinizdə 5 qəpiksiz iş axtararkən yolda bir çamadan dolusu dollar gördüyünüzü var sayaq.Saniyəsində beyniniz sizə bu pulu götürməyinizi təklif edəcəkdir.Çünki işsiz birisiniz və həmin dəqiqə pul bütün dərdlərinizin əlacı kimi kimi görünəcəkdir sizə.Bunu beyniniz sizə deyəcəkdir.Vicdanınız isə sizə bu pulun başqalarına məxsus olduğunu və başqalarının alın təri olduğunu təklif edəcəkdir. Bu anda yaxşı olan şey nədir, pis olan şey nədir?
 
Zehinə görə yaxşı olan şey, pulları hiss etdirmədən götürüb qaçmaqdır.Vicdana görə isə yaxşı olan şey bu pulu ən yaxın polis məntəqəsinə təslim etməkdir.
 
Amerikalı birinin vicdanı ilə Çinli birinin vicdanı bu məqamda birgə çalışacaqdır. Amma varlı bir insannan kasıb bir insanın zehni burada fərqli istiqamətlərə ayrılacaqdır.Varlı adam bu pula ehtiyac duymadığı üçün sahibinə təslim etməyi uyğun tapacaqdır. Həm vicdanı həm də pula doymuş zehni bunu təklif edəcəkdir. Kasıb adam üçün isə vəziyyət tamamilə başqa cürdür və daxili zidd fikirlər içindədir.Vicdanı başqa şey deyir zehni isə başqa.Gördüyünüz kimi,ətraf mühit amili iqtisadi vəziyyət zehnin vicdanı üzərində təsirli amillərdir.Amma vicdana gedən yolda  bu cür xarici təsirlərin gücü yoxdur.
 
William Şekspir:"Yaxşılıq və pislik deyə bir şey yoxdur, amma bizlər düşüncələrimizlə yaxşını və pisi yaradırıq"! 
 
 

ŞƏRH YAZIN