Gülüş Bizim Sağlamlığımız Üçün Çox Vacibdir.

0
6878
Gülüş Bizim Sağlamlığımız Üçün Çox Vacibdir.

Uzun illər əvvəl bir adama ölümcül xəstəlik diaqnozu qoyulur.Ona yaşamaq üçün yalnız altı ay vaxt verilir.Onun bu xəstəlikdən sağalma şansı isə az olur.

O hiss edirdi ki, onun xəstəliyinin yaranmasına səbəb öz həyatındakı stress və əsəbi gərginlik ola bilər.Düşündü ki, "əgər əsəb,stress xəstəliklərin yaranmasına səbəb ola bilirsə ,o zaman gülüş də  sağlamlığı yarada bilər".
 
Beləliklə, o bunu sınamaq qərarına gəldi.O kifayət qədər bütün gülməli filmləri alıb baxdı və çoxlu gülməli hekayələr oxudu.Hətta dostlarından belə onların nə vaxtsa etdikləri və ya eşitdikləri gülməli nə varsa ona danışmağını xahiş etdi.
 
Onun şiddətli ağrıları olurdu.Hətta onu gecələr yatmağa belə qoymurdu.Amma çox qısa da olsa ürəkdən gülmək kifayət edirdi ki,o rahat yata bilsin.O xəstəliyindən tamamilə qurtuldu və 20 il xoşbəxt şəkildə sağlam bir həyat yaşadı.
 
Bu adamın təcrübəsindən sonra, alimlər araşdırıb görürlər ki,həqiqətən də gülüşün bizim üçün hər tərəfli müalicəvi əhəmiyyəti var.
 
Bəzi insanlar gülüşü yüngüllük kimi qəbul edə bilər.Ancaq bu belə deyil.Ən birinci gülüş bizim sağlamlığımız və daha sonra davranışlarımız üçün çox vacibdir.
 
Əgər siz gülməyi sevirsinizsə bu sizə hər cür yaxşı təsir edəcək.Siz güldürən şeylərdən istifadə etməyə çalışın.Bu gülməli bir film,kitab,məqalə və yaxud hər hansı bir şey ola bilər.Özünüzə gülüş üçün imkan yaradın.Gülməli bir an olmasa belə davamlı və ucadan bir qəhqəhə çəkin.Ola bilər ki,ətrafınızdakı insanlar sizə qəribə baxsın,ancaq gec,ya tez onlar da sizə qoşulacaq hətta sizin nəyə güldüyünüzü belə bilmədən.
 
Bütün xəstəliklərin əvəzsiz və qiymətsiz tək dərmanı gülüşdür bunu unutmayın.
 

ŞƏRH YAZIN