Qərarsızlıq Ən Yayılmış Problemlərdən Biridir.

0
2501
Qərarsızlıq Ən Yayılmış Problemlərdən Biridir.

Amerika və İngiltərədə aparılan tədqiqatların nəticəsində qərar verməyin bir istedad işi olduğu nəticəsinə gəlinmişdir.

Doğru zamanda, möhkəm göstəricilərlə yola çıxmaq bacarığına malik insanlar xüsusilə iş mövzusundakı qərarları ağıllı bir şəkildə verə bilir. Bunun üçün bir məsləhətçidən, ya da bu işi edən bir şirkətdən yardım almaq da iş həyatında peşəkarlığın ən əhəmiyyətli parçasıdır.
 
İş şəxsi həyata gəlincə bir az dəyişir. Məktəblərdə sahə seçimi və universitetə qəbul olanda üstünlük sıralaması etmək üçün rəhbərlik xidmət orqanları bu təşəbbüsü üzərinə almış vəziyyətdədir.
 
Amerikada gənclər üzərində aparılan başqa bir araşdırmada gənclərin 74%-inin qərarlarını dostlarına məsləhətləşərək, 17%-inin ailə böyüklərinin fikrini alaraq, qalan yüzdənin də ani qərarlar ilə yola çıxdığı nəticəsinə gəlmişlər.
 
Həyatın hər sahəsində qərarın vacibliyi mübahisəedilməz bir həqiqətdir
 
Universitet imtahan sisteminin tez-tez dəyişməsinin labüd nəticəsi də qərarsızlıq və  narahtlıqdır. Nə seçməli, nə olmalı, hansı doğrudur, cavablar kimdədir? sualları gənclərin xüsusilə də son günlərdə özlərinə ən çox soruşduqları sualların başında gəlir.
 
Gələcəklərini müəyyən edəcək iki pilləli yeni imtahan sistemi, innovasiyanın gətirdiyi qeyri-müəyyənliyini hələ də qoruyur.
 
Gənclərin 53%-i öz qərarları əsasında evlilik yolunda addım atır. 27% faiz gənc isə ailə və yaxın ətrafının təşviqi ilə bu yola çıxır. Geri qalan faiz də razılığı olsun olmasın ailə təkidi və zaman-zaman da ailənin tələbi ilə bu işə hə demək məcburiyyətində qalır.
 
Görünən odur ki, ölkədə qərar vermə mexanizmi gənclər arasında kifayət qədər yüzdəyə hələ çatmamış vəziyyətdədir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN