Özünüzə Qiymət Verin!

0
3060
Özünüzə Qiymət Verin!

Özünüzə qiymət vermək istəyirsinizsə aşağıdakılara nəzər salın.
 
1) Özünüzü tənqid etməyin. Qoy sizə qiyməti ətrafınızdakılar qoysun siz bunu etməyin.  Nə özünüzü nədə ətrafınızdakıları tənqid etməyin .. Hər kəs özünə cavabdehdir hər kıs öz seçimini yaşayır .  
 
2) Hər zaman optimist olun.Mənfi fikirlərdən uzaq olun . Nəyisə edərkən pis dünüməyin yaxşı düşününki yaxşı da olsun . Neqativliyi üzərinizdən atın . Sən nə qədər pis düşünsən hər şey daha da pis olacaq. Odur ki müsbət fikirli olun. 
 
3) Özünüzlə mehriban sülhsevər olun ! Özünüzü hamıdan çox sevin. Nailiyyətə gedən yolda bütün problemlərin öhdəsindən gəlin . Qorxub geri addım atmayın . Hər şeyin vaxtı zamanı var . Biraz səbr biraz iradə ilə uğura çatmaq o qədər də çətin olmayacaq. 
 
4) Təəssüf  hisslərini özündən və başqalarından uzaq tut! Etdiyin şeylərdən təəssüflənmə. Olmalı idi oldu.   Çoxları bunu alçaltmağ kimi hiss edir. Təəssüf hissini bizdə yaradan birinə qarşı necə davrandığımızı bilmirik . Ama çalışın ki, bu fikirlərdən uzaq olasınız.
 
5) Qismətin bizə verdiyi hədiyyələri qorxmadan ,sevinclə qəbul etməliyik. Bunu tez -tez eşidirik. Mən dünyada hamıdan çox xoşbəxtəm  ....Bəs xoşbəxt olmayanlar? Bəs bunun cavabı nədir? Qismət nemətləri layiq olmayanlara verir. Bəlkədə başqaları buna laiqdir.  Hər zaman özünüz özünüzü xoşbəxt edin .
 
6) Təkəbbürlü olmayın ! Başqalarından kömək istəməkdən utanmayın . Bunu çoxları zəiflik kimi qəbul edir əksinə bu sizin güclü olduğunuz deməkdir. Həyatın qarşımıza qoyduğu məsələləri özümüzdə həll edə bilərik amma dəstək almaq kimdənsə daha yaxşı olar. 
 
7) Həyatınızdakı problemlərinizi sevin!  Çətinliklərimiz olmasa güclənə bilmərik . Onların sayəsində daha da güclü oluruq.  Hər bir problemin həllinə çalışmalıyıq ondan qaçmaq olmaz. 
 
8) Sağlamlığınızın qayğısına qalın! Dünyaya göz açdığımız andan qəbrə qədər bizə bir bədən verilir. Onu başqası ilə əvəz etmək qeyri- mümkündür. Buna görədə onu özümüz qorumalıyıq. Düzgün qidalanma , düzgün rejimlə öhdəsindən gələ bilərik.  
 
9) Başladığınız işi yarımçıq qoymayın! Hər bir işi sonuna kimi görüb tamamlayın. Nəyisə yarıda qoyanda insan özünü yarımçıq hiss edir. Beynindın heç vaxt çixartmaq olmur. 
 
10) Sahiblənmək hissindən uzaq olun! Biz yalnız özümüzə və öz mülkümüzə sahib ola bilərik . Başqa insanlar və başqalarının əşyaları bizə aid deyildir.  Sahib olduğumuz can belə bizim deyil . Bir gün öz kölgəmiz bizi yarı yolda qoyub gedəcək . 
 

ŞƏRH YAZIN