Depresiyadan çıxmaq üçün...

0
4808
Depresiyadan çıxmaq üçün...

Hazırda dünyada neçə milyonlarla insan depresiyaya düşür.Bundan xilas olmaq üçün insanlara kömək etməyə çalışın. Mütəxəssislər söyləyir ki,kömək etməyi sevən insanların əhvalı yüksək olur. Başqalarına kömək etmək özünüzü yaxşı hiss etməyinizə gətirib çıxardır. Kömək etdiyiniz insanla ünsiyyət qurarkən yalnızlıq hissi azalmaqla yanaşı özünüzə və ətrafınızdakı insanlara qarşı sevginiz artacaqdır. Kömək etmək insanın özünə qarşı hörmət və güvən hissini də yüksəldir. 

 
İnsan gündəlik vaxtının çox az  bir qismini müsbət davranışlara ayırması,onun uzun müddət əhvalını yüksək səviyyədə saxlayır. Pozitiv hərəkətlərin hər gün edilməsi depressiya ilə bağlı fikirləri unutdurur. 
 
Depresiyaya düşməmək üçün ilk öncə müsbət düşünməyi bacarmalısız. Mənfi düşüncə depresiyaya düşmək üçün real səbəbdir və depresiyadan çıxma şansını azaldır. Bundan başqa, güvənsizlik və insanlarla ünsiyyətin pozulması da depresiyaya düşmə şansını çoxaldır.Müsbət düşünmək insana çox yaxşı təsir edir və depresiyadan çıxmaq üçün zəmin yaradır. Belə düşüncəyə sahib olan insanların ünsiyyətləri və insanlarla münasibətləri də daha  yaxşı olur  bu da onları xoşbəxt edir.
 

ŞƏRH YAZIN