Gözəl Və Uzunömürlü Bir Həyata Necə Sahib Olmaq Olar?

0
2989
Gözəl Və Uzunömürlü Bir Həyata Necə Sahib Olmaq Olar?

Təbii ki, hər kəs həyatının bir ömür boyu gözəl keçməyini və daha uzunömürlü olmağını istəyər. Bunun üçün nə etmək lazımdır? Aşağıdakı yoxlanılmış üsulları siz də sınaya bilərsiniz:

1. Gülün! Gülüş ürək-damar sisteminin fəal dövr etməsinə səbəb olur və həm də stresi aradan götürür, xoşbəxtlik hormonlarının sayını çoxaldır. Bunu həkimlər də təsdiq edir.
 
2. Həddindən artıq yatmayın! Son araşdırmalar göstərir ki, 8 saatdan artıq yatmaq ömrü azaldırmış.
 
3. Ailə həyatı qurun! Hesablamalara görə evlənib xoşbəxt ailə həyatı yaşayan insanlar tək yaşayan insanlardan daha uzunömürlü olurlar.
 
4. Çəki sisteminizə diqqət edin! Həddindən artıq yemək və zərərli qidalar bir çox xəstəliklərin yaranmasına səbəb olur.
 
5. Analıq tituluna sahib olun! Analıq müqəddəs bir tituldur. Qadınların övladı nə qədər çox olarsa, ömrü də bir o qədər uzunar.
 
6. Musiqi çalmağı öyrənin! Bunu misal üçün qeyd etmişik. Yəni yaşınızdan asılı olmayaraq yeni bir şeylər kəşf edin.
 
7. Pozitiv olun! Alimlərin fikrincə, pozitiv düşünən insanlar neqativ düşünən insanlara nisbətən 12 il çox ömür sürürlər.
 
8. Tez-tez valideynlərinizlə əlaqə saxlayın! Araşdırmalara görə valideynləri ilə ünsiyyət yaratmayan insanlar zamanından əvvəl bir neçə xəstəliyə düçar olurlar.
 
9. Şokalad yeyin! Təbii ki aşırı dərəcədə yemək məsləhət görülmür. Ancaq az miqdarda şokalad (əsasən də qara) yemək ömrü uzadırmış.
 
10. Oyun oynayın! Hansı yaşınızda olmanıza baxmayaraq uşaqlıqdakı kimi oyun oynamaqdan utanmayın. Evdə uşaqlarınızla, yaşlı halınızda nəvələrinizlə və s. Məqsəd oyunlar zamanı sizin özünüzü yaxşı hiss etməniz olmalıdır. Daha maraqlı olsun deyə kompüter oyunu da oynaya bilərsiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN