Yaddaş Zəifləməsinin Səbəbləri

0
3318
Yaddaş Zəifləməsinin Səbəbləri

İnsan yaddaşının zəifləməsinə səbəb olan müxtəlif amillər vardır.

Yaddaş mütəxəssisləri ümumi başlıq altında bunları, beyində kifayət qədər vəsaitin olmaması, çalışma axınının blok edilməsi, daha çox televiziya seyr etmək, nəzarətsiz xəyallar qurma kimi şeylərə görə beyin tutumunun zəiflədilməsi və sistemsiz düşünmə vərdişi şəklində ifadə etməkdədirlər.
 
Bəzən də insanın fizioloji quruluşu və fiziki vəziyyəti birlikdə yaddaşı zəiflədir. İnsan irəliləyən yaşlarında yaşlanan bir ağac kimi bütün funksiyaları çəkilib itməyə başlayarkən yaddaş da funksiyalarını əda edə bilmiyən hala gəlir.
 
Bütün bunlardan başqa yaddaşa təsir edən amillərdən biri də günümüzdə gəncliyin şəhvani hisslərinə xitab edən, heyvani duyğularını hərəkətə gətirən amillərin çoxluğudur. Bunun qarşısını almaq, ictimai əmin-amanlıq üçün şərtdir. Cəmiyyət öz-özünə bu pozulmanın önünə keçir və ona təmiz bir əxlaq qazandırırsa, yaddaşlar da köhnə vəziyyətinə qayıdacaqdır.
 
Bu məsələnin digər tərəfi harama baxmaqdadır.
 
Əfəndimiz (sallallahu aleyhi və səlləm) baxılmaması zəruri olan tablolara, "Baxana da baxdırana da lənət etmişdir". Vaqiə bu hədisdə kişinin kişiyə baxma məqamı ifadə edilir, ancaq baxana da baxdırana da mütləq mənada lənət edilmişdir.
 
Açılıb saçılaraq özünü əsir bazarlarındakı kişilər və qadınlar kimi satılmaq üzrə xalqa ərz edib ifşa edənlərə Allah Rəsulu lənət etməkdədir.
 
Gözlərinə hakim ola bilməyən, daimi surətdə şəhvani hissləri qamçılayan mənzərələrə baxan bir insanın yaddaşı normal olaraq müflis olacaqdır.

ŞƏRH YAZIN