Uğurlu Və Xoşbəxt Həyata Nail Olmaq Üçün..

0
2697
Uğurlu Və Xoşbəxt Həyata Nail Olmaq Üçün..

1. Əgər bir şeydən və ya bir vəziyyətdən razı deyilsinizsə, onun səbəbləri ilə üzləşin. Bu vəziyyətlə bağlı bir şeylər edə, ya da onunla yaşamağa öyrəşə bilərsiniz. Amma qaçmaq heç vaxt çarə deyildir, həyatınızın ilərləyən hissəsində daha böyük bir problem olaraq qarşınıza çıxacaqdır.

2. Ən çətini bir şeylərə başlamaqdır. Uğursuz olmağı nəzərə alaraq başlamaq hər şeyə dəyəcəkdir. Başlamazdan və sınamadan bacarıb-bacarmayacağınızı bilə bilməzsiniz. Uğurlu ola bilməsən də, ən azından sınamış olacaqsan.
 
3. İnsanları mühakimə etmək içdən gələn bir şeydir və ümumilikdə digər insanların söylədikləri ilə əlaqəsi yoxdur. Tamamilə sizin davranışlarınızla bağlıdır. İnsanları mühakimə etmədən əvvəl, başqalarının nə dediklərinə məhəl qoymadan, onları özünüz tanımağı təcrübədən keçirin.
 
4. Səhvləriniz üçün məsuliyyət alın. Səhvi qəbul etmək ləyaqətdir. Bəlkə çətin gələ bilər, ancaq insanlar sizə, göstərmiş olduğunuz yetkinlik və dürüstlük üçün hörmət edəcəkdir. Səhvlərinizi qəbul etməyiniz və lazım olduğu təqdirdə üzr istəməyiniz sizi insanların yanında kiçiltməyəcək, daha da böyüdəcəkdir.
 
5. Əgər bir şeyi bilmək istəyirsənsə, sıradanlıqdan kənara çıxmalısan. Adi yollarla, qeyri-adi uğurları  tutmaq mümkün deyil. Həyata dair bir şeyləri dəyişdirmək istəyirsənsə, özündən başlamalısan. Davranış və hərəkətləriniz dəyişdiyi təqdirdə, digər dəyişikliklər öz-özünə gələcəkdir.
 
6. Keçmişə ilişib qalmaq, zamanı pis bir şəkildə boşa sərf etməkdən başqa bir şey deyil və çox zaman gələcəyi də itiririk. Keçmişdən dərs alaraq, gələcəyə istiqamət verə bilərsiniz. Keçmişdə etdiyiniz səhvlərdən utanmaq əvəzinə, onlardan ibrət almağı öyrənməlisiniz və onlara qazandığınız təcrübələr nəzəri ilə baxmalısınız.
 
7. Özünüzə hirslənmədən əvvəl problemləri həll etməyə çalışın. Bəzən ən böyük səhv problemi həll etmək əvəzinə, oturub özünü qınamaqdır və bu sizə heç bir şey qazandırmaz. İnkişaf və problemlərin həlli məsələlərinə yönəlin.
 
8. Hər kəs ilə hər zaman söhbət etmək üçün fürsət axtarın. Beləliklə bir-birindən maraqlı və fərqli insanları kəşf edə bilərsiniz. Hər insandan öyrəniləcək bir şey mütləq vardır. Kimindən etmən lazım olanları, kimindən də heç vaxt etməmən lazım olanları öyrənərsən.
 
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN