Enerji ilə dolub daşın

0
3257
Enerji ilə dolub daşın

Ən enerjili insanların belə enerji ehtiyatı tükənə bilir. Sizin niyə tükənməsin ki? Əgər enerjiyə ehtiyacınız varsa, özünüzü dolub-daşan, tam güclü və enerjili hiss etmək istəyirsinzsə, bu tövsiyyələrə qulaq verin. 

Tez-tez yeyin
 
Ən yaxşısı gündə 5-6 dəfə yeməkdir. Heç vaxt səhər yeməyini yaddan çıxarmayın. Bir ədəd alma və ya banan, südlə və ya yoqurtla bulka qəlyanaltı etmək olar. Nahar doyumlu olmalı, özündə çörəyi, düyünü, makaron məmulatlarını, kifayət qədər süd məhsullarını, balıq və yağsız əti birləşdirməlidir. Və bacardıqca çoxlu miqdarda təzə meyvədən, tərəvəzdən və göyərtidən istifadə edin.
 
Yaxşı yatın
 
Yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün, yatağa uzanmağa 3 saat qalmış alkaqoldan, nikotindən və tərkibində kofein olan içkilərdən (çay, kofe, toniklər) imtina edin. Yaxşı olar ki, əgər xoşunuz gəlirsə, bal və ya südlə sakitləşdirici bitki dəmləmələri içəsiniz. Pəncərəni açın-yataq otağı nə qədər sərin olarsa, yuxulamaq bir o qədər asan və yuxu bir o qədər dərin və yaxşı olacaqdır.
 
Gözlər istirahət etməlidir.
 
Əgər fokusu dəyişmədən uzun müddət bir nöqtəyə baxarıqsa (məsələn, kompüterin ekranına) göz əzələləri gərginləşir ki, bu da çox yorulmaya səbəb olur. Əgər siz kağızlarla və ya kompüterlə işləyirsinizsə, müntəzəm olaraq gözə istirahət verin ki, onlar fokusu dəyişə bilsinlər və gərginlikdən qurtarsınlar. Bunun üçün hər 30 dəqiqədən bir 3-4 dəqiqə uzağa və ya iş yerinin əksinə baxmaq lazımdır.
 
Maye çox için
 
Gün ərzində su və şirələr içmək lazımdır: səhər bir stakan, nahara qədər iki, şam yeməyinə qədər üç stəkan su içmək lazımdır. Alkaqol, kofe və çayı az içməyə çalışın, çünki bu içkilər böyrəkləri intensiv işləməyə məcbur edərək, mayeni orqanizmdən xaric edirlər. 
 
Dəmir sizin rasionunuzda
 
Həftədə 3 porsiya "qırmızı" ətin (mal və qoyun əti) sizin rasionunuzda olması orqanizmi lazım olan miqdarda dəmirlə təmin edir. Onu həmçinin tünd-yaşıl tərəvəzlər, ispanaq və kələmdən də almaq olar. Vitamin C dəmirin mənimsənilməsinə kömək edir, kalsi isə əksinə təsir edir.
 
Qaraciyərinizə fikir verin
 
Ona antioksidantlarla kömək edin və alkaqolla ziyan vurmayın. Qara ciyər sizin orqanizminizi hava və qida ilə düşən hər cür zərərli maddələrdən təmizləyir. Və əgər o həddindən artıq gərgin işləyərsə biz özümüzü xəstə və zəif hiss edərik. 
 
Özünüzü yüksək qiymətləndirin
 
Özündən narazı olmaq və özünü qiymətləndirməmək çox vaxt xroniki yorğunluğun səbəbi olur və depressiyaya gətirib çıxarır. Psixoloqa müraciət etmək olar, o bu problemin öhdəsindən gəlməyə sizə kömək edər. Digər çıxış yolu da vardır: özünüzə təzə paltar alın, bərbərxanaya gedin, səyahətə çıxın. Bundan alınan məmnunluğa beyində hazırlanan xüsusi maddə səbəb olur ki, bu da antidepressantlar olmadan belə əhval- ruhiyyənin yüksəlməsinə kömək edir.
 

ŞƏRH YAZIN