Can sıxıntısını zaman-zaman hər insan yaşayır. Bəs can sıxıntısı həyata necə təsir edir?
Araşdırmalar can sıxıntısının sağlamlığa mənfi təsir edən, hətta ömrü qısaldan təhlükəli və narahatedici bir vəziyyət olduğunu göstərir.
Can sıxıntısı və pis vərdişlər
İngiltərədə dövlət məmurları arasında aparılan bir tədqiqatda can sıxıntısından şikayət edənlərin üç il ərzində ölmə riskinin digərlərinə görə yüzdə 30 daha çox olduğu görülmüşdür.
Burada isə özünə zərər verməyə uyğunluq halı doğur: Siqaret, həddən artıq alkoqol, narkotik və s. yönəlmə halı. Cənubi Afrikalı gənclər arasında aparılan bir araşdırma bu maddələri istifadə etmələrində ən böyük faktorun can sıxıntısı olduğunu təsdiqləmişdir. Bundan başqa, bunlardan bəlkə də daha az zərərli olmaqla bərabər, sıxıntıdan yemək kimi bir fakt da var.
Can Sıxıntısı İnsana Nələr Etdirir?
Maraq hissi
Bütün bunlar, təkamül psixologiyası sahəsində iş aparan və hisslərin insanların xeyrinə bir istiqamətdə inkişaf etməsi lazım olduğuna inanan sosial alimləri təəccübləndirir. Texas A&m Universitetindən Heather Lenchə görə "can sıxıntısının gündəlik yaşanması faydalı bir işə yol açması anlamına gəlir olmalıdır". Necə ki, qorxu hissi təhlükədən qaçmağa, kədər hissi gələcəkdə keçiriləcək xətaların qarşısının alınmasına yarayırsa, can sıxıntısının da bənzər bir funksiyası olmalıdır.
Lench can sıxıntısının insanın ən mühüm xüsusiyyətlərindən biri olan maraq hissinin ortaya çıxmasında təsirli olduğuna, insanları yeni şeylər sınamağa çəkdiyinə inanır. Bir təcrübədə könüllü fərdlər boş bir otaqda 15 dəqiqə tək başına qoyulmuş, bu zaman edə biləcəkləri tək şeyin bir ipi çəkərək ayaq biləklərinə elektrik şoku vermə olduğu söylənmişdir. Sınaqların çoxunun can sıxıntısını aradan qaldırmaq üçün bu yola əl atdığı görülmüşdür.
Korrektə etdi: Hürü Mustafayeva