Güclü İnsanların Güclü Vərdişləri

0
6245
Güclü İnsanların Güclü Vərdişləri

1. Başqalarının imtina etdiyi hallarda onlar yeni fürsətləri görür.

2. Güclü insanlar başqalarının uğursuz kimi qələmə verdiyi hadisələrdən dərs çıxarırlar.
 
3. Onlar yalnız geniş düşünülmüş qərarlar qəbul edirlər.
 
4. Başqaları uğurun nə vaxt onları tapacağını gözlədiyi halda, güclü insanlar özləri uğurunu yaradırlar.
 
5. Güclü insanların qorxularının onların həyatını idarə etməsinə imkan vermirlər.
 
6. Güclü insanlar heç vaxt nədənsə gileylənmirlər.
 
7. Güclü insanlar səhvlərini başqasının üstünə atmır,öz səhvlərinin məsuliyyətini özləri çəkirlər.
 
8. Güclü insanların qeyri-adi istedadı olmağına ehtiyacları yoxdur, onlar yaranan fürsətlərdən hər şəkildə yararlanmağı bacarır.
 
9. Onlar hər zaman dəqiq, çalışqan və  aktivdirlər.
 
10. Güclü insan öz ətrafına həmfikirlərini toplayır. Bu, məqsədə tez çatmaq üçün böyük təkan sayılır.
 
11. Onlar həyatların görmək istədiyi kimi inkişaf etdirir, bunun üçün çalışır. Yoxsa, əksinə olaraq başqaları kimi həyatına kənardan izləyici kimi yanaşmır.
 
12. Onlar heç kəsə bənzəməyə çalışmır, özlərini olduğu kimi qəbul edir və sevirlər.
 
13. Güclü insanlar heç vaxt işləri təxirə salmırlar.
 
14. Onlar bütün həyatı boyu hər şeydən dərs götürürlər.
 
15. Güclü insanlar hər şeyə pozitiv yanaşmağı bacarırlar, bu da onlara işin sonunda faydalı nəticə verir.
 
16. Əhval-ruhiyyəsindən asılı olmayaraq, onlar etməli olduqları şeyləri edirlər və heçnə buna mane ola bilməz.
 
17. Güclü insanlar riskə getməyi bacarırlar (maliyyə, emosional, professional, psixoloji risk və s.).
 
18. Onlar problemlərdən qaçmırlar, problemlərlə üz-üzə qalmaqdan qorxmayaraq onları həll etməyə çalışırlar.
 
19. Onlar xəyalpərəst deyil və buna görə də hər şeyə real yanaşırlar.
 
20. Onlar emosiyaların idarə edir, hisslərinin qulu olmurlar.
 
21. Güclü insanların yüksək ünsiyyət qurma qabiliyyətləri var.
 
22. İnsanların əksəriyyəti komfort asılılığında olduğu halda, güclü insanlar anlayırlar ki, çətinliklər olmasa komfort olmaz.
 
23. Güclü insanlar öz dəyərlərini yaxşı anlayır və onları daimi olaraq qoruyur.
 
24. Güclü insanlar nizam-intizam və özünə hakim olmanın vacibliyinin fərqindədirlər.
 
25. Güclü insanlar özlərinə əminliklə deyil, inamla yanaşır.
 
26. Onlar mehriban və mərhəmətlidirlər. Başqalarına kömək göstərməkdən zövq alırlar.
 
27. Öz səhvini başa düşmək və dərs çıxarmaq güclü insanlara xasdır.
 
28. Onlar istənilən mühitə rahatlıqla uyğunlaşa bilirlər.
 
29. Güclü insanlar asana qaçmırlar, çıxış yolu axtarırlar.
 
30. Güclü insanlar hər zaman başladıqları işləri sona qədər bitirirlər.
 

ŞƏRH YAZIN