Özünə Güvənmək Üçün...

0
3201
Özünə Güvənmək  Üçün...

1) Başqaları ilə müqayisə olunmayacaq qədər önəmlisən.

Özünüzü başqaları ilə müqayisə etməyə çalışsaz uduzan siz olacaqsınız. Həmişə səndən yaxxşısı qarşına çıxacaq. Çünki bu bizim psixologiyamızda var. Çalış ki kimlərsə sənə bənzəməyə çalışsın sən  onlara yox. 
 
2) Özünü tənqid etməyi dayandır!

Özünü olanlarda günahlandırmaq bəzi insanların canında var. “Mənə görə oldu”, “Mənim bəxtimdi”, və s. Beləliklə biz özümüzü mənfi yükləyirik buda bizim həyatımıza təsir edir. Bu bir vərdiş kimidir bundan uzaq olmağa çalışın və bunu tərgidin. 

3) Bağışlamağı və unutmağı bacarın.

Keçmişdə etdiyiniz səhvlərə görə özünüzü pis hiss etməyin. Nə oldusa keçmişdə qaldı. Həyatda hər kəsin səhvi olur əsas məsələ bundan dərs çıxartmağı bacarmaqdır. gələcəyə insamla baxın və hər şeyin yaxşı olacağına inanın. Nailiyyətlərinizi dünüməyiniz daha yaxşı olar. 

4) Müsbət enerjili insanlarla dostluqlar edin. 
 
Özünə güvənən dəyər verən insanlar hər zaman özlərini sevirlər. Xoşbəxt olurlar və ətrafındakı insanlarıda xoşbəxt edirlər. Çalışın ətrafınızda belə insanlarla münasibət qurun . Pessimistlik heç yaxşı hiss deyil bundan və belə insanlardan uzağ olun. 
 
5) Sevdiyiniz işlə məşğul olun. 
 
İstəmədiyin bir şeylə məşğul olanda özünü yaxşı hiss etmirsən və işi həvəslə yerinə yetirmirsən. Bu sahədə irəliləyişdə əldə etmirsən. Bir işi görərkən ondan ləzzət almaq lazımdır sevərək həvəslə işləmək insanı xoşbəxt edir. Əgər sevdiyiniz işlə məşğulsuzsa onda sizdə hər şey əla olacaq. 
 
6) Özünə qarşı dürüst ol .
 
Qarşındakı insanın məsləhətlərini hər zaman dinlə amma öz bildiyini elə . Bu sözü hər zaman ağlında saxla . Ətrafındakıların sənin yerinə qərar verməyinə icazə vermə. Hər zaman öz həyatını yaşa kimin nə deyəcəyinə fikir vermə bunları düşünmə . Həyatını özün istədiyin kimi öz qanunlarınla yaşa. 
 
7) Qərarlarınızı əminliklə və qəti  şəkildə verin. 
 
Ağızdan çıxan hər bir söz böyük bir gücə sahibdir. İnsan öz xarakterini sözlərlə göstərir. Belə bir deyim var bir kəlmə danış deyim ki sən kimsən. Qərar verməzdən əvvəl yaxşı düşünün . Hər sözü yerində deyin . 
 
8) Qazandığınız uğurların bir  siyahısını tutun. 
 
Bacardığınız qədər siyahını uzun tutmağa çalışın . Orada olan hər şey çox asandır . Bu siyahını gözünüzün qabağında olan yerdə asın. 
 
9) Müsbət cəhətlərinizin siyahısını tutun.
 
Hər kəsin müsbətləri vardır. Öz qəlbinizin səsini dinləyin dürüst formada müsbət cəhətlərinizi qeydə alın . Orada olanlar sizə aiddir. 
 
10) Zəif nöqtələrinizdən öz xeyrinizə istifadə edin. 
 
Hər bir insanın zəif nöqtələri vardır. Bunu nöqsan kimi qəbul etmək yerinə ondan öz xeyrinizə necə istifadə etmək lazım olduğunu düşünməlisiz. Onlardan necə qurtulmaq lazım olduğunu bilmək lazımdır.
 
11) Özünüzü yenidən tanıyın. 
 
Özünüzü tanımağa çalışın yenidən özünüzü kəşf edin. Sizə aid olan hər şeyi sevin . Öz gülüşünüzü baxışınızı bədəninizi və s. 
 
12) Özünüzü incitməyin. 
 
Siz hər şeydən,hər kəsdən dəyərlisiz.Unutmayın ki,sadəcə həyata bir dəfə gəlmə şansımız olur bir düşünün nələrəsə görə pis olub özünüzü incitməyə dəyərmi?..Özünüzü sevin sağlamlığınızı qoruyun . Ən xırda problemi böyüdüb özünüzü incitməyin. Həyatda ölümdən başqa hər şeyə çarə tapılar. Çalışın müsbət düşünəsiz. Heç kimə heç nəyə bağlı olmayın.
 

ŞƏRH YAZIN