Gözəl Və Təsirli Çıxış Üçün Nələrə Diqqət Etməliyik?

0
4993
Gözəl Və Təsirli Çıxış Üçün Nələrə Diqqət Etməliyik?

Cəmiyyət qarşısında böyük bir kütləyə təsirli və gözəl bir çıxış edəcəksinizsə aşağıdakı qısa məlumatlar sizə yol göstərəcəkdir.

1.Bilmədiyiniz məsələni mükəmməl təqdim edə bilməzsiniz. Məsələyə hazırlıqlı olmalısınız.
 
2- İnsanların hamısını görəcək və təsir edəcək bir yerdə olmalısınız.
 
3- Bütün iştirakçılarla göz təmasında olmalısınız.
 
4- Mövzu ilə bağlı maraq yaratmalısınız.
 
5- İştirakçılar zalda dağınıq şəkildə deyil, toplu halda oturmalıdır.
 
6- Danışarkən iştirakçıların baxışlarından reaksiyalarını ölçün.
 
7- Məsələni qısa cümlələrlə açıq və dəqiq izah etməlisiniz.
 
8- Söhbətinizə maraqlı bir əhvalat, bir zarafat, bir şeir və ya mənalı bir aforizm ilə başlaya bilərsiniz.
 
9- İştirakçıların səviyyəsinə uyğun danışmalısınız.
 
10- Danışarkən sözü uzatmamalısınız.
 
11- Danışarkən, asandan çətinə, məlum olandan məlum olmayana bir yol izləməlisiniz.
 
12- Danışarkən iştirakçılara suallar verib alacağınız cavablarla dediklərinizin nə qədər anlaşıldığını fərq etməyə çalışmalısınız.
 
13- Səs tonunuz mövzuya uyğun dalğalar ehtiva etməlidir. (Enişli-çıxışlı olmalıdır)
 
14- Mövzunun əhəmiyyətli olan hissələrini qeyd etməlisiniz.
 
15- Bədən dilinizdən danışarkən təsirli istifadə etməlisiniz. Bu vəziyyət iştirakçıların nəzərlərinin dağılmasına mane olacaqdır.
 
16- Əlçatmaz bir təəssurat yaratmayın. Sual verə bilsinlər, etiraz edə bilsinlər.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN