Düşüncənin Gücü

0
3403
Düşüncənin Gücü

Nə qədər güclü olduğunuzu bilirsinizmi?

Özümüz üçün ən yaxşı həyatı yaratmaq gücümüz olduğu heç birimizə öyrədilmədi. Çoxumuz belə bir gücün olduğunu belə bilmir. Halbuki bu qüvvə hər bir insanda mövcuddur və sadəcə bəzilərimiz bu gücü hiss edib bilərək istifadə edirlər. Məsələn, özündən əmin və bacarıqlı insanlarda bunu görürsünüz.
 
Hətta uşaqlarda da görürsünüz. Lakin əksər insanlar içlərindəki bu gücdən, onunla edə biləcəklərindən xəbərsiz, həyatın sürüklədiyi şəkildə yaşayırlar. "Bir insanın gün ərzində 60.000 dəfə düşündüyünü deyirlər. Yəni, dəqiqə başına 40 düşüncə! Lakin bu fikirlərin 90 %-i daha əvvəlki gün düşündüyünüz 60.000 düşüncə ilə eynidir. Bir sözlə yeni düşüncələr üçün çox az yer var. Həyatın bezdirici görünməsinə təəccüblənməmək lazımdır. Rocer Ellerton belə düşünürdü ki, fərqli düşünməyə başlamadıqca, hər gün köhnə reallığımızı yaratmaq və onu yaşamaq qismətimiz olacaq.
 
Düşüncələrimizi dəyişdirməyin, xəyallarımızı yaşayıb, reallığın bizə çatmasını təmin etməyin zamanı deyilmi? Əksəriyyətlə fikirlərimiz kifayət olduğumuz və ya kifayət qədər istedadlı olmadığımızla bağlıdır. Uğursuzluğun qarşısını almağa yönələn və ya kifayət qədər yaxşı görmədiyimiz üçün özümüzlə pis rəftar etmək üzərində qurulmuşdur. Eynilə bir stul qədər sadə bir şey yaradılmadan əvvəl düşünülməsi lazım olduğu kimi, bizlərin fikirləri də reallıqdan əvvəl gəlir. Yəni əvvəl düşünür, sonra yaradırıq. Fikir dediyimiz bir enerji növüdür. Bu enerji sizi gələcəyə aparır, yoxsa olduğunuz yerdə saxlayır? İnanması çətin gəlsə də fikirlərinizlə bağlı bir nəsrdə edilən qafiyəyə maliksiniz.
 
Keçmişdə neçə dəfə müsbət fikirlərinizi nəzərə almayıb mənfi fikirlərinizə diqqət yetirdiniz və istəmədikləriniz haqqında danışıb, düşündünüz? Bu andan etibarən müsbət fikirlərə diqqət yetirsəniz və mənfi fikirlərinizi nəzərə almasanız, həyatınız necə dəyişərdi? Arzularınızı reallaşdırmaq üçün ətrafınızda olub-bitənə diqqət edin. Maraqlı göstərin. Özünüzlə bağlı və ya başqaları ilə bağlı fikirləriniz, başqalarının sizinlə bağlı nə düşündüyünə dair fikirləriniz nail olacaqlarınıza təsir göstərir.
 
Fərqli düşünməyə başlayın. İnsanları, hadisələri, yerləri, obyektlərə yeni bir gözlə baxın və izləyin. Özünüzlə və edə biləcəklərinizlə bağlı müxtəlif şəkildə düşünməyə başladıqda nə olduğunu dərk edin. Bizlər əzab çəkmək üçün və ya çətin bir həyat yaşamaq üçün gəlməmişik. Əslində, yaxşının, uğurun, xoşbəxtliyin, sevginin bol miqdarda olduğu bir dünyadayıq. Sadəcə bunları "bilməyiniz" lazımdır. Sizin olan yaxşını tapmağınız deməkdir, fikir sisteminizi, inanc sisteminizi dəyişməyiniz, beyninizin nəzarətini ələ almanız və daxili gücü daha yaxşı bir həyat yaratmaq üçün istifadə etməyiniz deməkdir. Beyninizdə yaratdığınız dünya, ətrafınızdakı dünya ilə eynidir. İçinizdə bütün cavablar var və sizin üçün hər cür problemi həll edə bilər. Sadəcə soruşmağı bilməlisiniz.
 
Bu sualları özünüzdnə soruşun:
 
Düşüncə sisteminizi dəyişdirərək həyatınızı idarə edə biləcəyinizə inanırsınızmı?
 
Düşüncə sisteminiz nədir?
 
Bu düşüncələr, inanclar haradan gəlir?
 
Bu düşüncələr, inanclardan hansılar doğru, hansılar yanlışdır?
 
Bu düşüncələri, inancları istəsəniz dəyişə bilərsinizmi?
 
Daha pozitiv bir düşüncə sistemi yaratmaq istəsəydiniz, bu sistem necə olardı? Bir şeylər edin! Və ya bir şeyləri fərqli edin.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN