Özünüzə İnanın

0
2355
Özünüzə İnanın

Bəzi insanlar gündəlik qarşılaşdığı problemlərlə başa çıxmaqda çətinlik çəkirlər.Bunun əsas səbəblərindən biri olaraq ən başda özgüvən çatışmamazlığı durur.

Bir çox insan özgüvən əksikliyinə görə uğur qazandığı işlərdə irəli gedə bilməmişdir.Məsələn,universitet zamanı rahatlıqla keçəcəyi bir imtahandan özgüvənsizliyi ucbatından imtahanı bildiyi halda hətta o fənni çox yaxşı bildiyi halda keçə bilməmişdir.
 
Özgüvən nöqsanlarının ən başında ailə təzyiqinin və  ətraf mühitin təsiri olduqca çoxdur. Sən edə bilmərsən! Qətiyyən onu etmə sən bacarmarsan! Bu tərz cümlələr ilə üzləşən bir insan bəlkə də çox uğur əldə edəcəyi və bacara biləcəyi bir məsələni ətraf mühitin təsirindən dolayı etməyə cəhd göstərməmişdir.
 
İllər sonra insan geriyə baxanda kaş heç kimə qulaq asmasaydım və bu işimi həyata keçirsəydim ya da bu işi davam etdirsəydim deyə peşmanlıqlara qapılır.
 
Buna mane olmaq və bu peşmanlıqları yaşamamaq üçün ilk növbədə özünüzə inanmalı,itirməkdən qorxmamalı və ən əsası ətrafdan gələn mənfi fikirlərə qulaq tıxamaq lazımdır.
 
Beləliklə arzuladığınız hədəflərə çatmağınız daha asan olacaqdır.Bundan başqa peşmanlıqlar yaşamamağınız üçün sizə çox böyük kömək olacaqdır.
 

ŞƏRH YAZIN