Ətrafında Müsbət Təəssürat Yaratmağın Yolları

0
4354
Ətrafında Müsbət Təəssürat Yaratmağın Yolları

Ətrafında müsbət təəssurat buraxıb sevilən və fikirlərinə dəyər verilən bir adam olmaq istəyənlərin tabe olması lazım olan 10 bədən dili taktikası.

1.Göz münasibəti:

İnsanların üzünə baxanlar, baxmayanlardan daha çox xoşa gələr. (Göz təması)
 
2.Üz ifadəsi:
 
Canlı olun. Mümkün olduğu qədər isti və dostca təbəssüm edin və gülün. Üzünüz ətraf mühitə olan marağı əks etdirsin.
 
3.Baş hərəkətləri:
 
Qarşınızdakı danışarkən tez-tez başınızı aşağı yuxarı hərəkət etdirərək onu başa düşdüyünüzü və qulaq asdığınızı hiss etdirin. Başınızı azca dik tutun.
 
4.Jestlər:
 
Çox ifrata getmədən jestlərinizi istifadə edin. Əllərinizi cibinizdə tutmaqdan və qollarınızı qovuşdurmaqdan, əllərinizlə ağzınızı örtməkdən çəkinin. Açıq və başa düşülən jestlərə üstünlük verin.
 
5.Bədən duruşu:
 
Ayaqüstəsinizsə, dik durun. Oturursuzsa, stul və yerinizi tam olaraq doldurun və arxanıza söykənin. Biri ilə danışarkən və biri birbaşa sizinlə danışarkən önə əyilin və marağınızı göstərin.
 
6.Yaxınlıq:
 
İnsanlara daim onları narahat etməyəcək, mümkün olan qədər yaxın məsafədə dayanmağa cəhd edin.
 
7.İstiqamətlənmə:
 
Daim danışdığınız və sizinlə danışan insana dönük olun. İkidən çox insanla bir qrup təşkil edirsinizsə, sizin üçün əhəmiyyətli olanlardan əlavə  başqalarına da mərkəzinizi bağlamayın. Mümkün olduğu qədər çox adama mərkəzinizi açıq saxlayın.
 
8.Cismani təmas:
 
İnsanları narahat etmədən, mümkün ola bilən hər halda cismani təması istifadə edin. Xüsusilə sizlərdən gənclərə, eyni cinsdən olanlara, sizlərdən daha aşağı statusda olanlarla cismani təması qurmaq üçün hər fürsəti qiymətləndirin.
 
9.Xarici görünüş:
 
Qrup normalarına, ictimai rol və statusunuza uyğun geyinin. Geyiminizə mümkün qədər rəng qatın.
 
10.Nitqin şifahi xüsusiyyətləri:
 
Çox artıq və çox sürətli danışmaqdan çəkinin. Bir cəmiyyət içində dinlədiyinizə yaxın danışın.Səsinizin yüksəkliyini və tonunu, olduğunuz çevrəyə görə nizamlayın.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN