Güvən Vermək

0
2145
Güvən Vermək

Müharibənin ən qızğın günlərindən biriydi.Əsgər bir az irəlidə cəbhə dostunun qanlar içində yerə yıxıldığını gördü.

Bir saniyə belə səngərdən çıxmağın mümkün olmadığı, güllələrin sürətlə yağdığı bir zamanda özünü səngərdən çölə atmaq istərkən, dostu onun qəfil çiynindən tutub: Dəli olmusan? Hara gedirsən? Artıq ölüb.Onun üçün bundan sonra heç nə edə bilməzsən.Boş yerə öz həyatını da təhlükəyə atma dedi. 
 
Lakin əsgər yoldaşını dinləmədi. Tez səngərdən çölə atılıb, güllə yağışı altında özünü dostuna çatdırdı. Onu çiyninə alıb, geri döndü. Birlikdə səngərin içərisinə yuvarlandılar.Ancaq, vəfalı əsgər yaralı dostunu xilas edə bilmədi. 
 
Səngərdə qalan dostu dedi:Sənə dedim ki, getməyə dəyməz. Özünü də boş yerə təhlükəyə atdın. Gözləri dolan əsgər: Dəydi...Dostu təəccüblü şəkildə:Necə dəydi? Bu adam ölüb, görmürsən? Əsgər:Yenə də dəydi...onun yanına çatanda hələ sağ idi. Onun son sözlərini eşitmək mənim üçün dünyalara dəydi.Və hıçqıraraq həlak olmuş dostunun son sözlərini dedi: Gələcəyini bilirdim...gələcəyini bilirdim.
 
Güvən vermək vacibdir. Sədaqət göstərmək vacibdir. Duyulan güvəni boşa çıxarmamaq daha da əhəmiyyətlidir. "Hər səhər Afrikada bir ceyran oyanır. Ən sürətli aslandan daha sürətli qaçması lazım olduğunu bilir, yoxsa öldürüləcəkdir.Hər səhər Afrikada bir aslan oyanır. Ən sürətli ceyrandan daha sürətli qaçması lazım olduğunu bilir, yoxsa ac qalacaqdır. Aslan və ya ceyran olmağınızın fərqi yoxdur. Əsas qaçmalı olduğunuzu bilməyinizdir.Afrika atalar sözündə deyilir; Çox işləmək,əziyyət çəkmək, güvən vermək, sevmək və paylaşmaq həyatın mənalı olmasını təmin edir. Hər səhər oyananda bir də dünyaya bu tərəfdən  baxaq. 
 
Unutmayaq, həyat uzun bir hekayəyə bənzəyir. Ancaq hekayənin uzun olması deyil, mənalı olması vacibdir.
 

ŞƏRH YAZIN