Vehbi Koçdan Dəyərli Sözlər..

0
4644
Vehbi Koçdan Dəyərli Sözlər..

Həyat universiteti diplom verməyən bir universitetdir. Hər gün dərs alınacaq o qədər çox inkişaflar olur ki! Bunlardan hamımız istifadə etməliyik.

Mənim konstitusiyam budur: dövlətim və ölkəm var olduqca mən də varam. Demokratiya varsa hamımız varıq. Məmləkətimizin iqtisadiyyatını qüvvətləndirmək üçün əlimizdən gələn bütün səyi göstərməliyik. İqtisadiyyatımız gücləndikcə demokratiya daha yaxşı yerləşər, dünyadakı etibarımız artar.
 
Sağlamlıq hər şeyin başıdır, o varsa hər şey ola bilər, yoxsa heç bir şey olmaz.
 
Bir bölgə xalqı lazımınca öyrədilmədən o bölgədə inkişafdan bəhs edilə bilməz.
 
Müvəffəqiyyət başqalarının keçirdiyi təcrübələrdən faydalanmaqdır.
 
Sərmayə qoyacaqsansa torpaq al. Torpaq qızıldır. Üstünə bina etsən gümüş olar. İçinə də kirayəçi soxsan tənəkə olar.
 
Dindarlığım işlərimin irəliləməsinə mane olmadı, mənə böyük bir güc təmin etdi. Bəzi işlərimdə günlərlə, aylarla, hətta illərcə çalışdıqdan sonra müvəffəqiyyətli ola bilmədim. Ağılımın çatdığı qədər məşğul oldum, müvəffəqiyyətli ola bilmədim. 'Allah belə istədi' dedim və rahatladım.
 
Keçmiş günün hadisələri ilə məşğul olacağına gələcəyi düşün.
 
Gəncliyin yetişməsinə xidmət bir insanlıq və vətən borcudur.
 
Uşaqlarına: bir gün məni qaçırmağa qalxsalar, bir qəpik fidyə verməyin!
 
İşlər pisə getdiyi zaman kef pozular. O zaman birdən-birə hər şeyi qapqara görüb, pis düşüncələrə batmamaq lazımdır.
 
Doğrusunuzsa , əzmlisinizsə, hər çarəyə müraciət etməniz və haqqınızı axtarışınız lazımdır, iş düzələr.
 
Din insanlar üçün böyük bir mənəvi gücdür. Dinsiz xalq olmaz. Mən dindar bir insanam. Amma din ilə dünya işlərini bir-birinə qarışdırmamaq gərəyinə qətiliklə inanmışam.
 
Daim doğru olanı etməyə səy göstərdim. Ailəmə, məmləkətimə və yaşadığım çağa xidmət etdiyim inancıyla böyük bir dinclik duydum.
 

ŞƏRH YAZIN