1 Səhifəni 1 Dəqiqədə Oxumanın Yolları

0
4089
1 Səhifəni  1 Dəqiqədə Oxumanın Yolları

Geniş mühitli təqdimatlar getdikcə daha geniş yayılmış hala gəlsə də oxumaq ən əsas öyrənmə forması olmağı davam etdirir. Hazırda çox lazımlı bir bacarıq olmağa davam edir. Nə qədər sürətli oxusanız, o qədər çox pul qazanarsınız.

Amma, yalnız yazılı məlumatı daha sürətli hala salmaq kifayət deyil, eyni zamanda bunu qoruya bilməlisiniz.
 
Sürətli oxuma, necə daha sürətli oxuya biləcəyiniz, oxuduğunuzu başa düşə biləcəyiniz və daha çox məlumatı uzun dövrlü yaddaşınızda tuta biləcəyiniz suallarına cavab olaraq görünür.
 
Dərhal indi sürətli oxumağa başlamağın 7 yolunu aşağıda tapa bilərsiniz.
 
1. Oxuyarkən rahatlayın. Nə qədər çox stresli olsanız, o qədər az məlumatı yadınızda saxlaya bilərsiniz. Rahatlanmış bir oxucu, diqqətli oxucudur.
 
2. Bir məqsəd üçün oxuyun. Oxumadan öncə, niyə oxuduğunuzu analiz edin və sonra mətnin və ya kitabın o məlumatı sizə verəcək bəndlərini seçin. Kitabların əksəriyyəti, iki səhifəlik mövzunu kitab uzunluğuna gətirmək məqsədilə lazımsız məzmunla doldurulmuşdur. Bəzən də məzmun çox dolu olmasına baxmayaraq yalnız bir-iki epizodla maraqlanmış ola bilərsiniz.
 
3. Lazımsız olanı çıxarın. Bir şeyi oxuma məqsədinizi müəyyən etməyinizə paralel olaraq, lazımi hissələri müəyyən etmək üçün içindəkiləri istifadə edin.  
 
4. Ümumi hissəsini keçin. Bir cümlədə onu bir arada tutmaq üçün bir çox söz olar. Açar sözlərə diqqət yetirin. Bir axtarış panelində axtarış edərkən, istədiyiniz şeyi tapmaq üçün açar sözlər işlədərsiniz. Bunun kimi insan beynində açar sözləri bütün cümlələrdən daha yaxşı işləyir. Ümumiyyətlə, bir mətnin 60 %-dən çoxu, yalnız quruluşdur. Açar sözlərə diqqət yetirərək, daha çox şey başa düşərsiniz.
 
5. Sürətli oxuma çalışmaları edin. Daha sürətli oxumaq, digərləri kimi bir bacarıqdır. Nə qədər çox məşq etsəniz, bir o qədər yaxşı olarsınız. Daha sürətli oxumaq, intellektual bir bacarıqdan ikincisidir. Gözlərinizi təsirli bir şəkildə hərəkət etdirməyə çalışdığınız üçün eyni zamanda bir mühərrik bacarığıdır.
 
6. Sürətinizi saat tutaraq zamanla artırın. Bir hədəf müəyyənləşdirin və sadə bir plan yaradın. Dəqiqədə 200 sözə çatdıqda, dəqiqədə 250 sözü hədəf seçin və bu şəkildə davam edin. Ardıcıl olaraq "qatar" rejiminə riayət etsəniz, dəqiqədə bir səhifə oxuya bilər hala gələrsiniz. Formasında və məşqli bir atletçi, 4 dəqiqədə təxminən 2 kilometr qaça bilər. Bir səhifə daha asan olmalıdır.
 
7. Söz xəzinəsini inkişaf etdirin. Nə qədər çox söz bilsəniz, anlayışınız o qədər artar. Nəticə olaraq, bir şeyin nə mənaya gəldiyini başa düşmək üçün o qədər az dayanmış olarsınız. Həmçinin, söz xəzinəsi nə qədər yaxşı olarsa, savad, gəlir və sosial təhsil səviyyəniz də bir o qədər yüksələr.
 
Daha sürətli oxumaq, bir az səy istəyər. Amma aldığınız nəticələr buna dəyər olduğunu göstərəcəkdir. Məlumatınız artdıqca gəliriniz yüksələcək və həyat keyfiyyətiniz artacaqdır.
 
Müasir həyatın canlı tempini ləngidə bilmərik, amma geridə qalmaq kimi acı bir vəziyyətin qarşısını ala bilərik.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN