Uğur qazanmaq üçün tək yol çox çalışmaq deyildir.

0
2466
Uğur qazanmaq üçün tək yol çox çalışmaq deyildir.

Bir meşədə iki odunçu ağac kəsirmiş.Odunçulardan biri sübh tezdən oyanıb, ağac kəsməyə başlayırmış,bir ağacı kəsib dərhal digərinə keçirmiş.Gün boyunca, dincəlmək üçün və yemək yeməy üçün özünə zaman ayırmırmış.Axşamları da evinə daha gec odunçu dostundan bir neçə saat sonra gedirmiş.O biri odunçu isə arada bir dincəlir və hava qaralmağa başladığında evinə dönürmüş. Bir həftə boyunca kim daha çox ağac kəsər demişlər, bu qədər əziyyətlə işlədikdən  sonra nə qədər ağac kəsdiklərini saymağa başlamışlar.

İkinci meşəbəyi daha çox ağac kəsmişdi. Ən çox ağacı özünün kəsdiyini düşünən birinci odunçu çox təəccübləndi:"Bu necə ola bilər? Mən daha çox çalışdım.Səndən daha tez ağac kəsməyə başladım, səndən daha gec evimə döndüm. Amma sən daha çox ağac kəsdin. Bunu necə bacardın, sirrin nədir?"
 
İkinci meşəbəyi gülümsəyərək cavab verdi: "Bir sirrim yoxdu. Sən dincəlmədən çalışarkən mən bir neçə ağac kəsdikdən sonra həm dincəlirdim həm də baltamı itiləyirdim. İti baltamla, daha az səylə, daha çox ağac kəsdim" .
 
Uğur qazanmaq üçün tək yol çox çalışmaq deyil yüksək məlumat, bacarıq sahibi olub məhsuldar çalışmaqdır.
 

ŞƏRH YAZIN