Uğurlu İnsanların Xüsusiyyətləri

0
2861
Uğurlu İnsanların Xüsusiyyətləri

Uğurlu insanların adət halına gətirdikləri şeylər məktəb və universitetlərdən alınan diplomlarla ölçülə biləcək bir meyar olmadığını bilirik.Həm yaxşı məktəbdən məzun olub, həm də uğurlu olmuş insanların yanında, yaxşı məktəblərdən məzun olmayıb yüksəlmiş insanların nümunələrini bütün dünyada görmək, bu gün uğurun sınaqlarla ölçülən bir faktdan çox, davam edən bir yanaşma nəticəsində əldə edilən bir nəticə olduğunu yavaş-yavaş dərk edirik. Töhmət verilən insanların ən çox verdiyi suallardan biri budur: "Uğurlu insanların xüsusiyyətləri nələrdir"? Bu yazıda bu sualı araşdırılmış və uğurlu insanların tərcümeyi-hallarından toplanmış məlumatlarla 15 bəndində cavab verəcəyik.

1.Başqalarının heç nəyi görmədiyi və ya mənfini gördüyü yerlərdə,onlar fürsətləri görürlər.                                                            

2.Həll etməyə meyillidirlər.
 
3.Başqaları əgər bir şeyi problem kimi görürsə onlar alınacaq bir dərs kimi görürlər.
 
4.Uğurlu insanlar şüurlu planlaşdırmaqla öz uğurlarını yaradırlar, başqa insanlar isə uğurun bir nemət kimi onları tapacağını ümid edirlər.
 
5.Hər kəs kimi uğurlu insanların da qorxuları vardır.Ancaq onlar qorxularının onlara mane törətmələrinə imkan yaratmırlar.
 
6.Uğurlu insanlar heç zaman şikayət etmirlər, çünki şikayət etmək insanın enerjisini alır və insanın məhsuldarlığını aşağı salır.
 
7.Uğurlu insanlar uğursuzluqlarına görə başqalarını günahlandırmazlar.Hərəkətlərinə və nəticələrinə görə özləri məsuliyyət daşıyarlar. Başqalarının səhvlərini yüngül tərzdə bir tənqidlə açıqlayarlar.
 
8.Uğurlu insanlar daima çalışmaqla məşğuldurlar.Ancaq bu boş bir çalışma deyildir.Nəticəyə doğru, səmərəli və sürətli çalışırlar.Başqaları bir məsələ üzərində saatlarla baş sındırarkən,onlar təşəbbüslü bir şəkildə problemi həll edərlər  .
 
9.Komanda ruhuna inanırlar. Onlarla eyni ruhu və eyni hədəfləri daşıyan insanları ətraflarına çəkirlər. İki tərəfin də qazanacağı bir iş münasibətləri vardır.
 
10.Uğurlu insanlar həyatlarının hər anını güclü bir coşğu və enerjiylə yaşamağa çalışırlar. Bu da onları həm işlərində, həm də şəxsi həyatlarında ən həyəcan vericini axtarışlara itələyər. Stiv Jobs nə demişdi xatırlayın: "Hər gününü sabahkı gün öləcəkmiş kimi yaşa".
 
11.Uğurlu insanlar həyatları boyu öyrənirlər və öyrənməkdən heç bezmirlər.Peşəkar olduqları bir məsələ olsa belə onlar həvəsli bir şəkildə başqa mövzular haqqında da araşdırma aparırlar.
 
12.Yaxşı hesablanmış risk alırlar: maddi, ixtisaslaşdıqları,psixoloji və emosional sahələrdə.
 
13.Uğurlu insanlar bu günün işini sabaha saxlamazlar.Onlar üçün mütləq bir işin olması üçün doğru olan zaman yoxdur.Doğru zamanı özləri yaradırlar.
 
14.Başqa insanların uğuru uğurlu insanlara təsir etməz ,tam əksinə, uğurlu insanlar çevrələrindəki insanların tam potensialını tapmaları üçün onlara dəstək olur, yol göstərirlər.
 
15.Fərqliliyə, yeniliyə açıqdırlar. Yerlərində saymağı sevmirlər. Müxtəlif vəziyyətlərə və məkanlara asanlıqla uyğunlaşa bilməyi bacarırlar.
 

ŞƏRH YAZIN